Saucerottia cyanura (Mavi quyruq kolibri) — "Trochilinae" yarımfəsiləsinin "Trochilini" tayfasına aid olan "zümrüd" kolibri növü. Kosta-Rika, El-Salvador, Qvatemala, Honduras, Meksika və Nikaraquada rast gəlinir.HBW and BirdLife International (2021) Handbook of the Birds of the World and BirdLife International digital checklist of the birds of the world. Version 6. Available at: http://datazone.birdlife.org/userfiles/file/Species/Taxonomy/HBW-BirdLife_Checklist_v6_Dec21.zip retrieved August 7, 2022
Təsvir
"Saucerottia cyanura" 9–10 sm uzunluğundadır. Bir erkək nümunəsinin çəkisi 3,9 qram, dişilər isə təxminən 4,5 qram çəkir. Bütün yarımnövlərin hər iki cinsinin qara dimdiyi var və alt çənəsinin əsası qırmızımtıldır. Nominativ yarımnövün erkəklərinin, tünd metalik yaşıl başı və arxası, tünd bənövşəyi-bürünc sağrısı və tünd metalik mavi quyruq üstü örtükləri var. Qanadlarının birinci və ikinci dərəcəli lələkləri şabalıdı rəngdədir və qapalı qanadda ləkə kimi görünür. Quyruğu tünd metalik, bənövşəyi-mavi rəngdədir. Alt hissəsi əsasən parlaq metalik, yaşıl rəngdədir və tünd polad mavi quyruq altı örtükləri var. Dişilər erkəklərə bənzəyir, lakin daha solğundur. Sağrıları daha az bənövşəyi, alt hissələrinin lələkləri adətən dar, ağ kənarlara malikdir. Qarın hissəsində bəzi tünd boz-ağ rənglər qarışıq olur və quyruq altı örtükləri boz rəngdədir.Arizmendi, M. d. C., C. I. Rodríguez-Flores, C. A. Soberanes-González, and T. S. Schulenberg (2021). Blue-tailed Hummingbird (Saucerottia cyanura), version 1.1. In Birds of the World (T. S. Schulenberg, Editor). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.blthum1.01.1 retrieved September 6, 2022
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1859-cu ildə təsvir edilən quşlar Kateqoriya:Meksika quşları