Charmosynopsis toxopei (Mavi alın lori) — Həmçinin "Buru lorisi" kimi tanınan, İndoneziyanın Buru adasına endemik olan bir tutuquşu növü.

Taksonomiya

Bu növ əvvəllər "Charmosyna" cinsinə aid edilsə də, 2020-ci ildə dərc edilmiş molekulyar filogenetik tədqiqat əsasında bərpa edilmiş "Charmosynopsis" cinsinə köçürülmüşdür.

Tarix

"Charmosynopsis toxopei"ni ilk dəfə təsvir edən və onu tutmağı bacaran (1920-ci illərdə yeddi fərdi əlavə edərək) yeganə xarici alim, Yavada anadan olmuş holland lepidopteroloq Lambertus Yohannes Toksopeus olmuşdur. Bu, quşun latın adında öz əksini tapmışdır. Onun müşahidələri 1930-cu ildə holland ornitoloq Hendrik Kornelis Sibers (1890–1949) tərəfindən ümumiləşdirilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Beynəlxalq Qırmızı Kitab Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Asiya quşları Kateqoriya:Charmosynopsis Kateqoriya:İndoneziya quşları Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər