Camelomecia — Formicidae yarımfəsiləsinə aid nəsli kəsilmiş qarışqa növü. Ümumi məlumat Bu cinsin yeganə məlum növü olan Camelomecia janovitzinin fosilləri Asiyanın Orta Kretase dövrünə aiddir. Bu cins Myanmadan olan Orta Kretase kəhrəbalarında təsvir edilmiş bir neçə qarışqa cinsindən biridir.

Camelomecia üç yetkin fosil nümunəsi ilə məlumdur, holotip olan "AMNH Bu-TJ003" nümunəsi və paratiplər kimi təyin edilməmiş iki əlavə qismən yetkin fərd. Cinsin təsvir edildiyi zaman bu üç nümunə Nyu-York şəhərindəki Amerikan Təbiət Tarixi Muzeyində saxlanılırdı. Təsvir edilən nümunələr kraliça və erkək kastasına aid yetkin fərdlərdir və Myanmar kəhrəbasında qorunub saxlanılmışdır. Kəhrəba nümunələri Myanmarda Kachin əyalətindəki yataqlardan çıxarılmışdır. Myanmar kəhrəbasının yaşı U-Pb izotopları ilə radiometrik üsulla təxminən 98.79 ± 0.62 milyon il əvvələ, yəni Aptian-Cenomanian sərhədinə yaxın bir dövrə aid edilmişdir.

Fosillər ilk dəfə paleoentomoloqlar Filip Barden və Devid Qrimaldi tərəfindən tədqiq edilmişdir. Barden və Qrimaldi tərəfindən 2016-cı ildə yeni cins və növün təsviri "Current Biology" jurnalında dərc edilmişdir. Camelomecia cins adı qarışqa cins adlarında tez-tez istifadə olunan "mecia" şəkilçisi ilə "dəvə" sözünün birləşməsindən yaranmışdır. Bu ad, başın yandan görünüşünə istinad edir. Növün epiteti olan janovitzi isə tip nümunəni tədqiq üçün ianə edən Tayler Yanovitzin şərəfinə verilmişdir. Camelomecia Myanmar kəhrəbasında təsvir edilmiş bir neçə qarışqa cinsindən biridir. Digərləri Burmomyrma, Ceratomyrmex, Gerontoformica, Haidomyrmex, Myanmyrma və Zigrasimecia-dır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qarışqalar