thumb|right|300px|2021-ci ildə Moskvada Qələbə Günü paradı. Hərbi paradlar və sovet hərbi simvolizmi bütün Rusiyada Qələbə Günü şənliklərində mühüm rol oynayır.

Pobedobesiye (, və ya "qələbə maniyası") — Rusiyada Qələbə Gününün qeyd edilməsindəki milliyyətçi tərzdə cinqoistik bayramlaşmaları təsvir etmək üçün istifadə olunan mənfi mənalı termin. Bu həmçinin, "Qələbə kultu" kimi də adlandırılır.

Termin sonradan Rusiyanın aqressiv siyasətlərini və ölkədə militarizmin artmasını haqlı çıxarmaq üçün İkinci Dünya müharibəsi irsinin silah kimi istifadə edilməsini, Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsinin təbliğat məqsədləri üçün istifadə olunmasını ifadə etmək üçün genişləndirilmişdir.

Etimologiyası Termin 2005-ci ildə Rus Pravoslav Kilsəsinin rahibi Georgi Mitrofanov tərəfindən nasist Almaniyası üzərində qələbənin 60-cı ildönümü qeyd etmələrinə cavab olaraq ortaya atılmışdır. Söz "" (obskurantizm) sözünə bənzər şəkildə yaradılmışdır: "" ("qələbə") + """ – "dəlilik, həyəcan" mənasını verən, "" ("qəzəblənmək") felindən törəmiş şəkilçi.

Zəmin Sovet İttifaqının əsas dövlət bayramı Oktyabr inqilabının qeyd olunduğu 7 Noyabr idi. 1948-1965-ci illər arasında Qələbə Günü bayram günü deyildi. Bu, ilk növbədə müharibənin travmatik yaddaşına görə idi, lakin Nikita Xruşşovun dövründə İosif Stalinin irsinin silinməsi istəyi ilə bağlı olmuşdur. Leonid Brejnev dövründə Qələbə Günü mühüm bayram halına gəlmişdir və bu, Brejnevin “yenidən-stalinləşmə” səylərinə uyğun idi. Zamanla İkinci Dünya müharibəsində SSRİ-nin qələbə əldə etməsi xaotik postsovet Rusiyasında kommunizmdən və buna görə də Oktyabr inqilabından uzaqlaşmağa çalışan ölkədə yeganə birləşdirici hekayə olaraq qalmışdır.

İstinadlar

Kateqoriya:Rusiya Federasiyası tarixi Kateqoriya:Müharibə və siyasət Kateqoriya:Rus dilində sözlər və ifadələr Kateqoriya:Militarizm Kateqoriya:Rus millətçiliyi Kateqoriya:Neologizmlər Kateqoriya:Moskva Qələbə Paradı Kateqoriya:Peyorativlər Kateqoriya:İdeologiyalarına görə terminologiya Kateqoriya:Mülki-hərbi münasibətlər Kateqoriya:İkinci Dünya müharibəsi tarixşünaslığı