Müqəddəs Məryəm bazilikası () — Polşanın Böyük Polşa voyvodalığında, Konin yaxınlığındakı Starı Lixen kəndində yerləşən "Kədərli Məryəm, Polşa Kraliçası" ziyarətgahında olan katolik kilsəsi.The Guardian; June 20, 1998. Texnews.com

Bina Barbara Byeleçka tərəfindən layihələndirilmiş və 1994–2004-cü illər arasında inşa edilmişdir. Tikinti zəvvarların ianələri ilə maliyyələşdirilmişdir. 141.5 metr hündürlüyündə olan qülləsi ilə dünyanın ən hündür və ən böyük kilsələrindən biridir."Drawings of Sanctuary of Our Lady of Lichen" . SkyskraperPage.com

Tarixi Kilsənin təməlinin tarixi 1813-cü ilə qədər uzanır. O zaman Napoleon Bonapartın ordusunda Leypsiq yaxınlığında döyüşən Polşa əsgəri Tomaş Klossovski ağır yaralanmışdı. O, Məryəm Anaya dua edərək, xarici bir ölkədə ölməməsini diləyib. Rəvayətə görə, Məryəm ona qızıl tac, tünd qırmızı paltar, qızıl mantiya geyinmiş və sağ əlində ağ qartal tutan şəkildə görünüb."The Virgin of Lichen" . The Mary Page, University of Dayton. O, əsgəri ümidləndirib və sağalacağını, Polşaya qayıdacağını vəd edib. Tomaşa onun təsvirini hazırlamaq və bu təsviri ictimai bir yerdə yerləşdirmək tapşırılıb ki, "Xalqım ən çətin sınaq vaxtlarında bu təsvir qarşısında dua etsin və əlimdən çoxlu lütflər əldə etsin." Thomas, William. "Our Lady of Lichen, Poland" . Catholic Voice, June 21, 2009

Memarlığı Müqəddəs Məryəm bazilikasının nefinin uzunluğu 120 metr, eni 77 metr, mərkəzi günbəzin hündürlüyü 98 metr və qüllənin hündürlüyü 141.5 metr olmaqla Polşanın ən böyük kilsəsi sayılır. O, həmçinin dünyanın ən böyük kilsə binalarından biridir. Dünyanın ən hündür günbəzlərindən birinə malikdir. Kilsə "Kədərli Məryəm, Polşa Kraliçası"na həsr olunub. Kilsə ikonası, XVIII əsrə aid olan, bazilikanın əsas altarında nümayiş etdirilir. Bu, Polşanın əsas ziyarətgah mərkəzlərindən biridir.

2002–2007-ci illər arasında Polşa orqan ustası Prof. Andrzej Çorosinskinin layihəsi əsasında 157 registrli borulu orqan (6 manual və pedal) inşa edilib. Bu, Polşanın ən böyük, Avropada 4-cü və dünyada 13-cü ən böyük orqanıdır.

Papa II İohann Pavel 1999-cu ildə dini abidəyə xeyir-dua verərək, kilsəyə kiçik bazilika statusu vermişdir. 2007-ci ildə Favley Kourtdakı Polşa muzeyinin bəzi eksponatları Maryan Ata tərəfindən ziyarətgaha köçürülmüşdür.

Qalereya

İstinadlar

Xarici keçidlər

Skyskraperpage.com

Kateqoriya:Günbəzli kilsə binaları