Xristian-Sosial Xalq Partiyası (, CSV), həmçinin sadəcə Xalq Partiyası (, VP) — Lixtenşteyndə sosial-liberal siyasi partiya. Partiya daha çox Oberlandda populyar olmuşdur və Avstriya ilə yox, İsveçrə ilə daha sıx əlaqələri dəstəkləyirdi. 1918-ci ildə təsis edilmiş Xristian-Sosial Xalq Partiyası və Proqressiv Vətəndaş Partiyası (FBP) Lixtenşteyndə ilk siyasi partiyalar olmuşdur. 1936-cı ildə partiya "Lixtenşteyn Vətən Xidməti" ilə birləşərək "Vətənpərvər İttifaq"ı yaratmışdır.

Tarixi Partiyanın kökləri hüquqşünas və siyasətçi Vilhelm Bekin 1914-cü ildə qubernator Leopold Frayherr fon İmhofun hökumətinə qarşı "Oberrheinische Nachrichten" qəzeti ətrafında müxalifət qrupu yaratdığı ideyalara əsaslanır. Partiya özü 1918-ci ilin fevralında həmkarlar ittifaqı hərəkatının bir qolu kimi təsis edilmişdir. 1918-ci il Lixtenşteyn ümumi seçkilərində – ilk dəfə iştirak etdiyi seçkilərdə, partiya Landtaqda 12 mandatdan 5-ni qazanmışdır. The party itself was established in February 1918 as an off-shoot of the trade union movement.Vincent E McHale (1983) Political parties of Europe, Greenwood Press, p609

Partiya, əsasən, 1918-ci il Lixtenşteyn çevrilişindən məsul idi. 7 noyabr 1918-ci ildə Bek, Frits Valzer və Martin Ritter Landtaqda İmhofa qarşı etimadsızlıq təklifi irəli sürmüş və qubernatorun səlahiyyətlərini Martin Ritterin rəhbərlik etdiyi Müvəqqəti İcra Komitəsinə ötürmüşdür. Bu, Lixtenşteyndə ilk yerli hökumət başçısı olmuşdur. Bu hərəkət konstitusiyaya zidd idi, çünki knyaz yalnız dövlət məmurlarını təyin etmək və ya vəzifədən kənarlaşdırmaq səlahiyyətinə malik idi. Buna baxmayaraq, çevriliş əhali arasında populyar olmuşdur və nəticədə II İohann komitənin yaradılmasını qəbul etmiş, İmhofun istefasını qəbul etmişdir. Komitə 7 dekabr 1918-ci ilə qədər, knyaz Karl Aloiz Lixtenşteyn qubernator təyin edilənə qədər hakimiyyətdə qalmışdır.

İstinadlar

Kateqoriya:Lixtenşteyndəki siyasi partiyalar Kateqoriya:Katolik siyasi partiyaları