Glaucidium castanotum (Şabalıdıbel bayquşcuq) (tez-tez səhvən "Glaucidium castanonotum" kimi yazılır) — Şri-Lankaya endemik olan bir bayquş növü. Bu növ, tipik bayquşlar olaraq bilinən və kiçik bayquş növlərinin əksəriyyətini özündə cəmləşdirən "Strigidae" fəsiləsinə aiddir. Bu növ əvvəllər meşə bayquşcuğunun yarımnövü hesab edilirdi.

Təsvir

Şabalıdıbel bayquşcuq kiçik və tıx görünüşlüdür, uzunluğu 19 sm-dir. Şəklində, ölçüsündə və görünüşündə meşə bayquşcuğuna bənzəyir, lakin üst hissələri, çiyin lələkləri və qanad örtükləri əsasən şabalıdı-qəhvəyi rəngdədir və tünd zolaqlarla örtülüdür. Alt hissələri ağ rəngdədir və qara mərkəzi xətlər var.HENRY, GM 1971. A guide to the birds of Ceylon. Second edition. Oxford University Press, London. p. 200 Üz diski əsasən qəhvəyi rəngdədir və gözləri sarıdır. Boynunda ağ zolaq var. Cinslər görünüş etibarilə oxşardır və cinsi dimorfizm yoxdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Asiya quşları Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1846-cı ildə təsvir edilən heyvanlar Kateqoriya:Glaucidium Kateqoriya:1851-ci ildə təsvir edilən quşlar