Xoşxassəli paroksizmal başgicəllənmə adətən daxili qulağın patologiyası hesab olunur və başın vəziyyəti dəyişdikdə yaranan epizodik başgicəllənmələrlə özünü göstərir.Schubert, Michael C. (2007). «Vestibular Disorders». In O’Sullivan, Susan B.; Schmitz, Thomas J. (eds.). Physical Rehabilitation (5th ed.). Philadelphia: F.A. Davis. pp. 999—1029. ISBN 978-0-8036-1247-1.

Etiologiyası thumb|right|Otolitlər Xoşxassəli paroksizmal başgicəllənmənin yaranması ilə bağlı əsas nəzəriyyə bu xəstəliyi otolitlərin (statolitlərin) yer dəyişməsi ilə əlaqələndirir. Hesab olunur ki, bu xəstəlikli xəstələrdə otolitlər yarımdairəvi kanallardan birinə keçirlər. Başın vəziyyəti dəyişdikdə otolitlər hərəkətə gəlir, bu da daxili qulaq mayelərinin normal hidromexanikasının pozulmasına və nəticə etibarilə başgicəllənməyə səbəb olur.

Bu nəzəriyyənin əsas yaradıcılarından biri kimi çox zaman ingilis həkimi Çarlz Hallpayk göstərilir. Daha əvvəl, XX əsrin əvvəllərində rus həkimi S. İ. Belinov belə başgicəllənmənin yaranmasında otolitlərin mümkün roluna diqqət çəkmişdi.Herdman, S. (2000). «Vestibular rehabilitation». Physical therapy diagnosis for vestibular disorders (3rd ed.). Philadelphia: F. A. Davis Company. pp. 228—308. Xoşxassəli paroksizmal başgicəllənmənin etiologiyası ilə bağlı vestibulyar beyincikdə tormozlayıcı funksiyanın pozulması kimi yanaşmalar da mövcuddur.

Simptomlar Xəstəlik qəfil başlayan, qısa müddətli və güclü başgicəllənmə tutmaları ilə özünü göstərir. Bəzən ürəkbulanma və qusma da müşahidə oluna bilər. Xoşxassəli paroksizmal başgicəllənmə adətən yüngül bir xəstəlikdir. Tutmalar bəzi hallarda tez-tez təkrarlansa da, bəzən bir neçə il özbaşına yoxa çıxa da bilir.Prokopakis, Emmanuel P.; Chimona, Theognosia; Tsagournisakis, Minas; Christodoulou, Panagiotis; Hirsch, Barry E.; Lachanas, Vassilios A.; Helidonis, Emmanuel S.; Plaitakis, Andreas; Velegrakis, George A. (2005). «Benign Paroxysmal Positional Vertigo: 10-Year Experience in Treating 592 Patients with Canalith Repositioning Procedure». The Laryngoscope. 115 (9): 1667-71.

Bəzi hallarda xəstəlik çətin və ağır formada inkişaf edir. Bu zaman mütəmadi olaraq təkrarlanan tutmalar xəstənin həyat keyfiyyətini ciddi şəkildə azaldır. Başgicəllənmə tutmaları zamanı yaranan tarazlıq pozğunluqları insan həyatı üçün təhlükəlidir. Məsələn, tutma insan yüksəklikdə olarkən və ya avtomobil idarə edərkən baş verərsə həyati risk daşıyır.

Diaqnostika thumb|left|Gözlərin qeyri-ixtiyari hərəkətləri thumb|right|Diks-Hallpayk manevri Xüsusi testlərdən (məsələn, Diks-Hallpayk testi) istifadə olunur. Bu zaman pasiyentdə başgicəllənmə hissi, istəksiz göz hərəkətləri (nistaqm) ilə müşayiət olunur. Bu isə Frensel eynəkləri, video-nistaqmoqraf və ya vizual müşahidə vasitəsilə, tutmanın süni şəkildə yaradılması zamanı bu xarakterik göz hərəkətlərini izləməyə və xoşxassəli paroksizmal başgicəllənmə diaqnozunu qoymağa imkan verir.

Bəzi fikirlərə görə, başgicəllənmələr zamanı tarazlıq nəzarətinin diferensial diaqnostikası və miqdarca qiymətləndirilməsi üçün stabilometriya avadanlığından istifadə faydalı ola bilər.

Müalicəsi thumb|right|Epli manevrinin aparılma texnikası İndiki dövrdə müalicənin əsas üsullarından biri, mövqe manevrləri adlanan xüsusi texnikaların tətbiqidir. Bu, həkim tərəfindən pasiyentin başının və ya bədəninin müəyyən ardıcıl istiqamətlərdə dəyişdirilməsi ilə həyata keçirilir. Məqsəd pasiyentin reaksiyasına əsaslanaraq başgicəllənməni dayandırmaqdır. Bu cür manevrlərdən biri Epli manevri kimi tanınır.Smouha, Eric E. (1997). «Time Course of Recovery After Epley Maneuvers for Benign Paroxysmal Positional Vertigo». The Laryngoscope. 107 (2): 187-91 Hesab olunur ki, mövqe manevrləri nəticəsində daxili qulağın mexanikasının normallaşması pasiyentdə tarazlığın bərpasını təmin edir.

Cərrahi müdaxilə, məsələn, yarımdairəvi kanalın bağlanması, hər hansı neyrocərrahi əməliyyat kimi risk daşıyır. Buna görə də, əməliyyat yalnız konservativ müalicəyə tabe olmayan davamlı hallarda son çıxış yolu kimi tətbiq olunur.

Yayılması Hesab olunur ki, xoşxassəli paroksizmal başgicəllənmə, bütün başgicəllənmə hallarının təxminən 17%-35%-ini təşkil edir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Simptomlar Kateqoriya:Qulaq xəstəlikləri Kateqoriya:Əlifba sırasına görə xəstəliklər