"Titanik" () — "Vayt Star Layn" () şirkətinə məxsus buxar gəmisi. Transatlantik səyahətlər üçün tikilmiş "Olimpik" tipinə aid olan üç əkiz gəmidən biri. Suya buraxıldığı zaman dövrünün ən böyük sərnişin gəmisi. İlk səyahəti zamanı 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batmışdır. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilmiş, 1514 nəfər həlak olmuşdur.
Titanikin batması nəticəsində insan itkisinin bu qədər böyük olmasına illər boyu müxtəlif səbəblər göstərildi. Ancaq ən əsas səbəb kimi gəmidə olan qayıqların sərnişinlərin sayına hesablanmaması idi. Titanikdə sərnişin tutumunun 3547 olmasına baxmayaraq gəmidə 1178 insanı xilas edəcək sayda qayıq vardı. Qəza nəticəsində qadınların və uşaqların qayıqlara öncə mindirilməsi, ölənlər arasında kişilərin böyük bir üstünlük təşkil etməsinə səbəb olmuşdur. Titanikin hazırlanmasında dövrünə görə ən müasir texnologiyadan istifadə edilmişdir.
Bir çoxları Titaniki batmaz gəmi adlandırırdı. Bu səbəbdən gəminin xarici görünüşü pozulmasın deyə qayıqlar sərnişinlərin sayına uyğun qoyulmamışdır. Gəminin batması bütün dünyada rezonans yaratdı. Peşəkar gəmi heyəti, müasir teknika və güclü buxar mühərrikləri ilə təmin olunmuş gəminin batmasını heç kim ehtimal etmirdi. ABŞ dəniz donanmasının istefada olan dənizçisi Robert Balardın 1985-ci ildə Atlantik okeanının 4000 metr dərinliyində gəminin qalıqlarını tapması, uzun illərdən sonra dünya mediasını yenidən hadisə ətrafında cəmlədi.
Hazırlanması thumb|left|200px|Titanikin Belfast şəhərində yerləşən tərsanədə hazırlanması. Titanik Vayt Star Layn şirkətinə məxsus Harland və Volf gəmi tərsanəsində hazırlanmağa başlamışdır. Gəmi Vayt Star Laynın ən güclü rəqibi olan Kunard Layn gəmi şirkətinin RMS Lusitania və RMS Mauretania gəmiləri ilə rəqabət aparmalı idi. Titanik olimpik tipinə aid üç gəmidən biri idi. Digər iki gəmi Titanikin əkiz qardaşları hesab olunan RMS Olimpik və RMS Britanik gəmiləri Titanik qədər məşhurluq əldə etməmişdir. Olimpik sinfinə aid olan gəmilərin hazırlanması işi ilə Vayt Star Layn şirkətinin mühəndisləri məşğul olurdu.
Şirkətin rəhbəri Uliyam Piyeri, iş icracısı və dizayn məsələlələri üzrə mütəxəssisi Aleksandr Karlays və baş mühəndis Tomas Andreu şirkətin ən tanınan üzvlərindən idi. Titanik hazırlanmasında bir çox xərcləri Amerikalı sahibkar və biznesmen Con Pierpont Morqan ödəmişdir. RMS Titanik gəmisinin inşası 31 mart 1909-cu ildə Belfast şəhərində yerləşən gəmi tərsanəsində başlamış və inşaat işləri 26 ay davam etmişdir. İnşaat işlərində 11.300 nəfər çalışmışdır. Gəmi 31 may 1911-ci ildə suya salınsada daxili sahədə işlər bitmədiyindən işlər 1 il daha uzanmışdır. 2 aprel 1912-ci ildə gəminin hazırlanması tam yekunlaşmışdır.
Titanik 269 metr uzunluğunda, 28.2 metr enində, 66.000 qros ton ağırlığında olan dövrünə görə ən böyük sərnişin gəmisi idi. Gəminin hərəkətə gəlməsinə 3 böyük pərvanə kömək edirdi. Gəminin qazanxanasında yerləşən 4 ədəd buxar mərkəzi gəminin əsas hərəkət verici qüvvəsi hesab olunurdu. Buxar mərkəzlərində 159 ədəd kömür sobası yerləşirdi. Fəhlələr tərəfindən münətəzəm şəkildə kömür atılan sobalar təzyiqi gəminin alt tərəfində yerləşən pərlərə ötürür və bununla da 43 km/s saat sürəti əldə edilirdi. Dövrünə görə Titanik kimi böyük bir gəmi üçün bu sürət maksimum hesab olunurdu. Titanikdə olan dörd bacadan yalnız üçü işləyirdi. Digər sonuncu baca isə gəmiyə dizayn məqsədilə əlavə olunmuşdu. Gəmi ümumi şəkildə 3.547 sərnişin daşımaq imkanına sahib idi. Titanik təkcə sərnişin daşımaq üçün hazırlanmamışdı. Gəminin fəaliyyət sahələrindən biridə bağlama və məktubların daşınması üzrə idi. Titanikin gövdə hissəsində gəminin adının yazıldığı yerin yaxınlığında () sözləri yazılmışdır.
Xüsusiyyətləri + Titanikin daxili görünüşü 280px|The left panel280px|The center panel280px|The right panelƏsas zalın pilləkənləriTitanikdə yerləşən idman zalıLe Karte restoranı
Gəminin hazırlandığı dövrdə lüks gəmilər sırasında ilk yeri Titanik tuturdu. Gəmidə digər lüks gəmilərdə olduğu kimi hovuz, idman salonu, türk hamam, həm birinci həm də ikinci sinif sərnişinlər üçün kitabxana, tennis kortu vardı.. Birinci sinifə məxsus otaqlarda xüsusi mebellər, bahalı divanlar və digər dekorativ əşyalar yerləşdirilmişdi. Bununla yanaşı Café Parisien adlı kafedə birinci sinifdən olan müştərilərə səhər yeməyi xidməti göstərilirdi. Titanikdə bərbərxana və mərkəzi telefon stanstiyası belə fəaliyyət göstərirdi.Gill 2010, p. 182.
Gəmi dövrünə görə müasir texniki vasitələr ilə təmin olunmuşdu. Buxar maşınlarının yardımı ilə işləyən geniş elektirik şəbəkəsi vardı. Gəmidə olan bütün elektirik lampaları və enerji ilə işləyən bütün cihazlara elektirik vahid mərkəzdən ötürülürdü. Titanikdə dövrünə görə ən yeni radio sistem olan Markoni radio sistemlərindən iki ədəd quraşdırılmışdır. Növbəli şəkildə fəaliyyət göstərən operatorlar 1.500 vat enerjinin sayəsində istənilən məlumatı qısa zamanda digər bir məntəqəyə ötürə bilirdi.
Qayıqlar thumb|left|250px|Titanikdə son tamamlama işlərinin aparılması. Titanikin hazırlanması zamanı dizayner Karlisie gəmiyə yerləşdiriləcək qayıqların daha geniş olmasını təklif etmişdir. Belə olan halda, Titanik 48 qayıq daşıyacaq və hər hansısa hadisə zamanı gəmidə olan bütün sərnişinlər olmasa da, sərnişinləri və şəxsi heyətin ən azı 90% xilas ediləcəkdi. Vayt Star Layn şirkəti qayıqların tutumunun artırılması ilə razılaşdı. Ancaq nəzərdə tutulduğu kimi 48 yox, 16 ədəd böyük tutumlu qayıq 4 ədəd isə kiçik tutumlu qayıq yerləşdirdi. Qanunlara əsasən bu rəqəm ən minumum hesab olunurdu və bununla ümumi gəmidə olan sərnişinlərin yarısını xilas etmək mümkün idi.
Ticarət nazirliyindən həmin dövrdə iri həcimli sərnişin gəmilərində 16 qayıq yerləşdirilməsi əmri verilmişdi. Titanikdə qayıqların sayının az olmasının ən böyük səbəbi, qayıqların gəminin xarici görünüşünü korlaması iddası idi. 20 dən çox qayıq kənardan aydın şəkildə müşahidə olunurdu və Vayt Star Layn şirkətinin rəhbərləridə belə olan halda gəminin xarici görünüşünün ciddi şəkildə pozulduğunu iddia edirdilər. Digər tərəfdən 20 ədəd qayıqda gəmiyə məcburi şəkildə yerləşdirilmişdi. Ticarət nazirliyinin bu tələbi olmasa idi, Vayt Star Layn şirkətinin 10 ədəd qayıq yerləşdirmək fikri vardı. İnsanlarda formalaşan fikirlərə əsasən qayıqlar formal xarakter daşıyırdı, gəminin ilk səfərdəcə batmaq ehtimalı olmadığından qayıqlar məsələsi ən az diqqət ayrılan sahə olmuşdur. thumb|right|250px|Olimpik (solda) və tərsanədən dənizə çəkilən Titanik (sağda) Titanik gəmisinin dizaynerlərindən olan və gəmidə olan qayıqların hazırlanması və yerləşdirilməsi ilə məşğul olan Karlisie Vayt Star Layn şirkətinin sahiblərindən Brüs İsmey ilə təhlükəsizlik mövzusunda mübahisə etmişdir. Ehtimala əsasən mübahisə zamanı Karlisie Brüs İsmey ilə qayıqların az olmasına öz etirazını bildirmişdir. Brüs İsmey isə qayıqların artırılmasına şiddətlə qarşı çıxmışdır. Titanikin batmasından sonra təşkil olunmuş məhkəmədə Brüs İsmey Karlisie ilə aralarında belə bir danışığın olmadığını bildirmişdir.
Olimpik ilə müqayisəsi Titanik əkiz qardaşı olan Olimpikə çox bənzəyirdi. Aralarında olan əsas fərq sərnişin kabinalarının Titanikdə sayca daha çox və böyük olması idi. Titanikin A göyərtəsi Olimpikə nisbətən daha böyük və komfortlu hazırlanmışdı. Olimpikdən fərqli olaraq Titanikdə göyərtənin yarısı açıq havada yerləşirdi. Olimpikdə Titanikdə varlı sərnişinlər üçün nəzərdə tutlmuş Café Parisien kimi kübar cəmiyyət üzvülərinin toplandığı yerlər nəzərdə tutulmamışdır. Britanikdə belə bir kafe yalnız 1913-cü ildə yaradılmışdır. Olimpikdə olan bəzi qüsurlar isə Titanikdə aradan qaldırılmışdır. Titanikdə A göyərtəsində olan elektirik lampaları dairə şəklində idi. Olimpikdə isə bu lampalar oval formasında hazırlanmışdır. Oval lampalar tez qızdığı üçün tezdə partlayırdı. Bu texniki səhv Titanikdə aradan qaldırılmışdır. Titanikin kapitan kabini Olimpikə nisbətən daha geniş idi. Bu və digər dəyişikliklərlə birlikdə Titanik, Olimpikdən daha geniş, daha komfortlu və daha müasir hesab olunurdu. Titanikin ağırlığıda əkiz qardaşından 1.004 qross ton daha ağır olmasının səbəblərindən biridə Titanikə xeyli sayda əlavələrin edilməsi olmuşdur. 1912-ci ildə Titanik suya salınan zaman dövrünün ən böyük gəmisi hesab olunurdu.
Şəxsi heyət
Kapitan Edvard Smit thumb|Titanik gəmisinin kapitanı Edvard Smit. Edvard Smit İngiltərənin Stok-on-Trent şəhərində 1853-cü il 27 yanvar tarixində, Edvard Con Smit və Katerina Hankokun ailəsində dünyaya gəlmişdir. 13 yaşına qədər Etruria ingilis məktəbində təhsil almışdır. Daha sonra isə təhsilini Liverpul şəhərində yerləşən dənizçilik akademiyasında davam etdirmişdir. Edvard Smitin ilk gəmiçilik təcrübəsi A Qibson şirkətinə məxsus olan Senator Veberdə başlamışdır.
Edvard Smit 1880-ci ilin mart ayında Vayt Star Layn şirkətinin Seltik gəmisində dördüncü ofiseri olaraq işə başladı. O, Avstraliya və Nyu-York arasında fəaliyyət göstərən gəmidə uzun müddət işləmişdir. 1887-ci ildə Edvard Smit Vayt Star Layn şirkətinə məxsus gəmilərin birinə ilk dəfə olaraq kapitan təyin olundu. O, SS Resbulika adlanan gəmidə bir müddət kapitan vəzifəsində işləmişdir.
Edvard Smit Vayt Star Layn şirkətinə məxsus 17 gəmidə kapitanlıq etdikdən sonra Titanik gəmisinə kapitan təyin olundu. Vayt Star Layn ən böyük gəmisinə kapitan təyin edərkən, geniş seçim aparmamışdır. Edvard Smit həmin dövrdə təkcə Vayt Star Layn şirkətinin deyil, həm də bütün İngiltərədə ən məşhur kapitanlardan biri hesab olunurdu.
Titanikin batmasında kapitanın hansısa günahının olub-olmaması bu gündə tam məlum deyil. Müxtəlif iddialara əsasən gəminin aysberqlə toqquşması və toqquşmadan sonra sürətlə batmasında Smit tərəfindən qəbul olunan bəzi yanlış qərarlarında rolu olmuşdur.
Titanik batan zaman Edvard Smit ölmüşdür. Onun hansı şəraitdə ölməsi barədə müxtəlif fikirlər vardır. Robert Balardın fikrinə görə Smit Titanik filmində olduğu kimi, körpü istiqamətində irəliləmiş və burada son əmrlərini vermək üçün gözləmişdir. Gəminin batmasından sonra isə Atlantik okeanının buzlu sularında itkin düşmüşdür.
Digər bir iddia da isə kapitanın şəxsi silahı ilə intihar etdiyi göstərilir. Gəminin batmasından xilas olan şəxslər, sonralar danışdıqları xatirələrində Edvard Smitin valideynlərindən ayrı düşmüş kiçik yaşlı bir qızı qayıqa qədər ötürdüyü görmüşlərdir. Bir çox hadisə şahidləri Smitin son anlarında belə özünü təmkinli və soyuqqanlı apardığını bildirmişdir.
İlk səfər thumb|250x250px|Titanikin Sauthempton limanından yola düşməsi Titanik ilk səfərini İngiltərənin Sauthempton limanından ABŞ-nin Nyu-York şəhərinə doğru gerçəkləşdirməli idi. Səfərin 1912-ci il 10 aprel tarixində başlanması nəzərdə tululmuş və elə həmin tarixdə də səfər başlamışdır. Həmin gün əvvəlcə gəminin şəxsi heyəti gəmiyə daxil olmağa başladı. Yerli vaxtla saat 9:30 isə sərnişinlərin gəmiyə daxil olmasına icazə verildi. Gəmi Sauthempton limanından günorta saatlarda yola düşdü. Yola düşmənin ilk anlarından etibarən gəminin idarəsi kapitan Edvard Smitin əlində idi. Nyu-York istiqamətinə hərəkət etməzdən əvvəl gəminin La Manş boğazı vasitəsilə Fransanın Kerburq limanında lövbər salması və burada yeni sərnişinlər alması nəzərdə tutulmuşdur. Kerburqdan sonra Böyük Britaniyanın Quintoun liman şəhərində lövbər salınmış və buradan əsasən kübar cəmiyyətdən olan sərnişinlər gəmiyə minmişdilər.