Qəlyə — balqabaqdan hazırlanan xörək növüdür.
Hazırlanması
Balqabaqın qabığı soyulur xırda kublar şəkilində doğranıb qazana tökülür, üstünə əvvəlcədən bişirilmiş lobya, yağda qızardılmış soğan, albuxara, bir qədər su əlavə edib bişirilir. Bişənə yaxın bir qədər şəkər, qoz ləpəsi, sarıkök vurulur. Süfrəyə verilərkən üstünə darçın, sumaq və nar gilələri tökmək olar.
İstinadlar
Kateqoriya:Tərəvəz xörəkləri Kateqoriya:Azərbaycan mətbəxi