Əbu Cəfər Yezid ibn əl-Qaqa əl-Məhzumi əl-Mədəni və ya Əbu Cəfər əl-Qari (; ) — on qaridən biri. Tabiin nəslinə mənsub olub, rəmzi ərəb əlifbasındakı "جع" hərfləridir.

Bioqrafiyası O, Mədinənin qiraət imamı olub, Abdullah ibn Əyyaşın mövlasıdır.

Qiraəti Abdullah ibn Abbas, Əbu Hüreyrə və Abdullah ibn Əyyaşdan öyrənmişdir.

Ən məşhur tələbələri Nafi ibn Əbdürrəhman və Əbu Əmr ibn Əladır. Raviləri İsa ibn Vərdan və Süleyman ibn Cəmmazdır.

O, 747-ci ildə Mədinədə vəfat etmişdir.

Qiraətinin xüsusiyyətləri thumb|Əbu Cəfər əl-Mədəninin Məhəmməd peyğəmbərə qədər gedib çatan qiraət sənədinin sxemi|297x297px Əbu Cəfərin qiraətinin bəzi xüsusiyyətləri bunlardır:

Hurufu muqatta xəfif səktə ilə oxunur. Tənvindən və ya sakin "nun"dan sonra izhar hərflərindən "xa" və ya "qayn" gəldikdə (bəzi istisnalar olmaqla) ixfə edərək oxunar: مَنْ خَشِيَ، نُزُلا مِنْ غَفوُر kimi. "هو" və "هي" zamirlərini, özlərindən əvvəl fəthəli "vav", "fə" və "lam" gəldikdə "ha"nın iskan ilə oxunur: وَهْوَ، فَهْوَ، لَهْوَ kimi və s.

Həmçinin bax On qiraət

İstinadlar

Kateqoriya:Quran qariləri Kateqoriya:Mədinəlilər