Əbu Həfs Ömər ibn Əbdirrəhman ibn Müheysin əs-Səhmi (; v. 741) — on dörd qaridən biri.
Bioqrafiyası Məkkədə doğulub və Məkkədə də vəfat edib. Onun qiraət isnadının Səid ibn Cübeyr, Mücahid ibn Cəbr, Abdullah ibn Abbasın mövlası Dirbas, Abdullah ibn Abbas və Ubeyy ibn Kəb silsiləsi ilə Məhəmməd peyğəmbərə çatdığı nəql edilir. İbn Müheysin, qiraət biliklərini nəql edərkən rəvayətlərini Əta ibn Əbi Rəbah, Məhəmməd ibn Qeys, Süfyan əs-Səvri və Safiyyə bint Şeybə kimi şəxslərə istinad edir.
O qiraət bilikləri yüksək səviyyədə olsa da qiraəti ümumi olaraq şaz qəbul edilmişdir. O, həmçinin hədis, ərəb dili və digər sahələrdə dərin biliklərə sahib olmuşdur. Onun qiraətinin səhih hesab edənlər də olmuşdur: O, qiraət imamları arasında Əndərəbi, Müəddəl və İbn əl-Cündi tərəfindən dördüncü təbəqədə, Sibt əl-Həyyat tərəfindən doqquzuncu təbəqədə, İbn əl-Kəbaqibi, Qəstəllani və Dimyati əl-Bənna tərəfindən on birinci təbəqədə qeyd edilmişdir.
Qiraətinin xüsusiyyətləri İfrat dərəcə idğam etmək. Misal: "ثَلَاثَةٌ انْتَهُوا" kəlimələrinin oxunuşunda birinci "tə" ikinci "tə"yə idğam edilərək "ثَلَاثَةٌ اتَّهُوا" şəklində, "عَنِ الْأَنْفَالِ" sözündə isə birinci "nun" "ləm"ə idğam edilərək, "علنفال" şəklində bir qiraət seçilmişdir.
"وَآتَيْتُمْ إِحْدَاهُنَّ", "يَعِدُكُمُ اللهُ إِحْدَى" kimi nümunələrdəki "إِحْدَى" kəliməsində həmzənin hərəkəsi əvvəlki hərfə nəql edilərək bu şəkildə oxunmuşdur: "يَعِدُكُمُ اللهِ احْدَى"، "وَآتَيْتُمِ احْدَاى" və s.
İstinadlar
Həmçinin bax Qiraət Kateqoriya:Ravilər