Sezare Aqostino Detti (; ) — İtaliya rəssamı. O, əsasən XVII və XVIII əsrlərə aid Trobadur üslubundan ilhamlanaraq tarixi janr səhnələri ilə məşhur əsərlər yaradıb. Həyatı Atası David Detti mühəndis və həvəskar rəssam idi. Nəticə etibarı ilə onun sənətə ilk marağını atası oyadıb. 1861-ci ildə Sezare Aqostino Detti "Teatro Nuovo"da divar rəsmləri çəkən Romalı rəssam Françesko Koqetti ilə tanış oldu. Koqetti Dettiyə professor olduğu "Accademia di San Luca"da formal təhsil almasını təklif etdi. Detti 1866-cı ilə qədər orada oxudu və rəssam Maria Fortuninin təsiri altına düşdü.Biography by Janet Whitmore @ the Rehs Galleries.

Məktəbi bitirdikdən sonra o, geniş səyahətlərə başladı, bir neçə il Neapolda keçirdi və 1872-ci ildə orada sərgi təşkil etdi. Əvvəlcə Romada məskunlaşmaq qərarına gəlsə də, 1876-cı ildə Parisə getdi və dövrünün aparıcı sənət dilerlərindən biri olan Adolf Qoupillə tanış oldu. Qoupil ona təkcə əsərlərini sərgiləməyə kömək etmədi, o, həm də onları burjua müştəriləri üçün qravüralara çevirməyi də təşkil etdi.

Sezare Aqostino Detti sonda Parisdə qalmağa qərar verdi və 1877-ci ildə Salonda ilk sərgisini keçirdi. Onun Parisə olan bağlılığı 1880-ci ildə iki qızı və bir oğlu olan Cülyetta-Emiliya Filieuse ilə evləndikdə daha da gücləndi. 1883-cü ildə ailə Parisdən bir qədər kənarda yerləşən Bourron-Marlotte kommunasına köçdü. Orada o, "Groupe de Marlotte" kimi tanınan müstəqil mənzərə rəssamları cəmiyyətinin üzvü oldu.

1888-ci ildə Londonda keçirilən İtalyan sərgisində iştirak etmişdir. O, həmçinin "İtaliya Komitəsinin" vitse-prezidenti olduğu "Universelle Exposition" (1889) və gümüş medala layiq görüldüyü "Universelle Exposition" (1900) sərgilərində iştirak etdi. Onun sonrakı illəri Latın Amerikası və 1906-1910-cu illərdə ABŞ-a səfər də daxil olmaqla səyahətlərlə keçdi.

Birinci Dünya müharibəsi başlayanda Fransa bütün xarici vətəndaşların öz ölkələrinə qayıtmasını tələb etdi. Detti heç vaxt Fransa vətəndaşlığını qəbul etmədiyi üçün Romaya qayıtmağa məcbur oldu. Orada olarkən ona oğlunun ağır xəstə olduğu barədə zəng gəldi və o, Parisə qayıtdı və gəlişindən qısa müddət sonra orada vəfat etdi.

Qalereya

İstinadlar

Ədəbiyyat Giovanna Sapori, Cesare Augusto Detti, (1847–1914) : il talento per il successo, Electa, 2003

Xarici keçidlər

More works by Detti @ ArtNet

Kateqoriya:İtaliya rəssamları