İsveçrənin Azərbaycandakı səfirliyi — İsveçrənin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi.
Səfirlik İsveçrə Konfederasiyasının rəsmi nümayəndəliyi olaraq iki ölkə arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, İsveçrənin siyasi, iqtisadi, maliyyə və hüquqi məsələlər, eləcə də elm, təhsil və mədəniyyət sahələrində maraqlarını təmsil edir. Səfirlik ölkədəki iqtisadi və siyasi vəziyyəti izləyir və İsveçrəni maraqlandıran hadisələri çatdırır.
Azərbaycan Milli Məclisində Azərbaycan — İsveçrə ikitərəfli parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi qrupu 2 oktyabr 2006-cı ildə yaradılmışdır. Hər iki ölkə Avropa Şurasının və ATƏT-in tamhüquqlu üzvüdür.
Tomas Ştəl 2023-cü ilin oktyabr ayından İsveçrənin Azərbaycanda fövqaladə və səlahiyyətli səfiridir.
Tarixi İsveçrə Azərbaycan Respublikasının müstəqilliyini 23 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 21 yanvar 1992-ci ildə qurulmuşdur.
Azərbaycanın İsveçrə Konfederasiyasında səfirliyi 6 oktyabr 2004-cü ildə təsis olunmuş və 2005-ci ilin sentyabr ayından etibarən İsveçrənin paytaxtı Bern şəhərində fəaliyyətə başlamışdır.
İsveçrənin Azərbaycandakı səfirliyi 2007-ci ildə təsis edilmişdir. 2008-ci il mayın 12-də Bakıda İsveçrə Konfederasiyasının prezidenti Paskal Kuşpenin iştirakı ilə səfirliyin rəsmi açılışı oldu.В БАКУ ОТКРЫЛОСЬ ПОСОЛЬСТВО ШВЕЙЦАРИИ Mərasimdə Azərbaycan hökumətinin üzvləri, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak etmişdilər.
İsveçrə Konfederasiyasının Azərbaycandakı səfirləri İsveçrənin Azərbaycanda səfiri — İsveçrə Konfederasiyasını Azərbaycanda təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.
Səfirlər
Səfir Müddət başlanğıcı Müddətin sonu Alan Guidetti 2007 2010 Sabinе Ulmann Şaban 2011 2013 Paskal Abişer Prezident İlham Əliyev İsveçrənin Azərbaycandakı səfirini qəbul edib 2013 2015 Filip Ştalder 2015 2019 Muriel Peneveyre 2019 2023 Tomas Ştəl 2023
İstinadlar
Xarici keçidlər Facebook Facebook Twitter Azərbaycan Respublikasının İsveçrəKonfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyi Embassy of Switzerland in Azerbaijan
Kateqoriya:Azərbaycan–İsveçrə münasibətləri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Diplomatik nümayəndəliklər Kateqoriya:İsveçrənin xarici siyasəti