Uitsilopoçtli () — astek mifologiyasında Günəş və müharibə tanrısı. Astek dininin iki əsas tanrısından biri. Astek sənətkarları onu qartal və ya kolibri şəklində təsvir edirdilər.

Haqqında

Etimologiya Uitsilopoçtli Navatl dilindəki huitzilin "kolibri" və opochtli "sol" sözlərinin birləşməsindən yaranmışdır. Asteklər inanırdılar ki, ölmüş döyüşçülər kolibri quşu kimi yenidən doğulurlar. Onlar cənubu dünyanın sol tərəfi hesab edirdilər. Buna görə də onun adı "cənubun dirilmiş döyüşçüsü" mənasını verirdi. Onun digər adlarına Şoçipilli ("Firuzə Şahzadə") və Totek ("Rəbbimiz") daxil idi. Onun heyvan formasında təcəssümü qartal idi.

Mifologiya Uitsilopoçtlinin anası Koatlikue idi. O, göydən düşən və sinəsində kolibri lələklərindən (yəni döyüşçünün ruhu) ibarət bir topu saxlamaqla hamilə qalmışdı. Ənənəyə görə, Uitsilopoçtli Koatepek dağında, Tula şəhəri yaxınlığında doğulmuşdu.

Uitsilopoçtlinin qardaşları – cənub səmasının ulduzları – və bacısı, ay ilahəsi Koyolşauki onu öldürmək qərarına gəlirlər. Uitsilopoçtli isə bacı və qardaşlarının planlarını pozur və "firuzə ilanı" () silahı ilə onları məhv edir. Uitsilopoçtli, həm də yol göstərən bir tanrı idi. Asteklərin inancına görə Astlandan Meksika vadisinə qədər olan uzun köçü zamanı yolu asteklərə Uitsilopoçtli göstərmişdi.

Ayin Uitsilopoçtlinin baş kahini "Ketsalkoatl Tlalok Tlamakaski" adlanırdı. Asteklərin mərasim ilinin 15-ci ayı olan Panketsalistli () Uitsilopoçtli və onun müavini Paynala həsr olunmuşdu. Bu ay ərzində döyüşçülər və kurtizanlar (zadəgan faişələr) tanrının məbədi qarşısındakı meydanda gecə-gündüz rəqs edirdilər. Müharibə əsirləri və ya qullar Uitsilopoçkodakı (indiki Mexiko şəhəri yaxınlığındakı Çurubusko) müqəddəs bulaqda yuyulur və sonra Paynalın yürüşü zamanı və ya ondan sonra qurban verilirdilər. Kahinlər həmçinin tanrının əsas silahını simvolizə edən nəhəng qabıq-kağızdan hazırlanmış ilan fiqurunu yandırırdılar. Sonda isə üyüdülmüş qarğıdalıdan hazırlanmış Uitsilopoçtli heykəli oxla "öldürülür" və kahinlər arasında bölüşdürülürdü. Tanrının "bədənini" yeyənlər bir il ərzində ona xidmət etməyə borclu sayılırdılar.

Həmçinin bax Tlalok Kiniç Ahav

İstinadlar

Kateqoriya:Günəş tanrıları Kateqoriya:Müharibə tanrıları Kateqoriya:Asteklər