Asklepi (, kəsib yaran, ) — qədim yunan mifologiyasına görə təbib, təbabət tanrısı. Tanrı Apollon və çariça KoronidinДиодор Сицилийский. Историческая библиотека V 74, 6; Гигин. Мифы 161 oğlu. Adətən əsaya dolanmış ilanla təsvir edilir. İnsan kimi dünyaya gəlmiş, sonradan yüksək təbabət bilicisi olduğu üçün ölməzliyə, tanrı rütbəsinə layiq görülmüşdür.

Doğulması Əfsanəyə görə Asklepi Apollonun çar Flegiyanın qızı çariça Koroniddən Павсаний. Описание Эллады II 26, 7 olan oğludur. İsxiyə nişanlı olmasına baxmayaraq Apollondan Asklepiyə hamilə qalan Koronid bu halından çox utanaraq heç kimə heç nə deməməyi qərara alır. Toy günü İsxiyə evlənmə xəbərini ağ qarğa uçub Delfə gələrək Apollona çatdırır. Qarğanın ona gətirdiyi bu xəbərdən qəzəblənən Apollon oxu ilə İsxini öldürür və bacısı Artemidaya Koronidi öldürməyi tapşırır. Koronid və qarğanı (rəvayətə görə əvvəllər lələkləri ağ olan qarğalar alovun hisindən qaralaraq indiki rəngini alır.) oda atırlar. Apollon (ya da Hermes Павсаний. Описание Эллады II 26, 6 ) alovun içindən Asklepini xilas edərək onu Pelion dağına gətirərək böyütmək və tərbiyəsi ilə məşğul olması üçün kentavr Xirona verir. Пиндар. Немейские песни III 54 . Sokrata görə Asklepinin valideynləri məlum deyildir. O, atılmış halda ovçu tərəfindən tapılmış, it südü ilə əmizdirilmiş və sonra Xirona verilmişdir. Təbabətin sirlərini o, Xirondan öyrənmişdir. Тертуллиан. К язычникам II 14; Лактанций. Божественные установления I 10, 2 .

Təbibliyi Kentavr Xirondan təbabətin sirlərini öyrənən Asklepi tezliklə Yunanıstanda məşhurlaşır. Dörd bir tərəfdən onun yanına xəstələr çarə tapmaq üçün gəlirlər. Yunanlar Asklepini qədimdə qəhrəmanlara aid etsələr də, sonrakı dövrlərdə ona təbabət tanrısı kimi sitayiş etmişlər. Asklepinin ölüləri diriltmək bacarığına malik olması onun Persey tərəfindən başı kəsilmiş Qorqona Meduzanın insanları həm diriltmək, həm də öldürmək gücünə malik qanına yiyələnməsilə izah edilir.

Ölümü Asklepi elmi sayəsində ölüləri diriltmək qabiliyyəti əldə edir. Beləliklə də yer üzündə insanlar ölməzlik əldə etmiş olduqlarından daha ölmürlər. O buna Afinadan aldığı Qorqona Meduzanın bədəninin sağ tərəfinin qanı hesabına nail olurdu. Псевдо-Аполлодор. Мифологическая библиотека III 10, 3 . Ölüm tanrısı Tanatos bundan narahat olub Zevsə Asklepinin dünya qaydalarını pozmasından şikayət edir. Zevs də onunla razılaşır ki, insanlar da tanrılar kimi ölməz olsalar onda onlardan seçilməzlər və o, çaxdırdığı ildrımla onu öldürür.Гесиод. Перечень женщин, фр.51 М.-У. Lakin Asklepi tale ilahələri moyraların köməyi ilə dirilərək geri dönürГигин. Мифы 251 və ölməz təbabət tanrısına cevrilir.

Övladları Qızları: Higeya (sağlamlıq), Panaseya (dəva-dərman, əlac), İaso (müalicə)Oğlanları: Telesfor, Podaliri, Maxaon

Oğlanları Telesfor və Maxaon Troya müharıbəsində həm döyüşçü, həm də təbib kimi iştirak etmişdilər.

İstinadlar

Mənbə Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece ISBN 978-960-425-078-3

Həmçinin bax

Kateqoriya:Olimp tanrıları Kateqoriya:Yunan mifologiya qəhrəmanları Kateqoriya:Metamorfoza personajları Kateqoriya:Dində ilanlar Kateqoriya:Arqonavtlar Kateqoriya:Tibb və sağlamlıq allahları