Eri dairəsi və ya Eri qraflığı — Amerika Birləşmiş Ştatlarının Nyu York ştatında yerləşən dairə. 2010-cu ildəki əhalinin siyahıyaalınmasının nəticələrinə əsasən dairənin əhalisi 919,940 nəfər təşkil edir. Dairənin paytaxtı Baffalo şəhəridir.

Tarix

Eri dairəsi 1821-ci ildə yaradılmışdır; adını Eri hindu tayfasından almışdır. Eri dairəsi, Niaqara dairəsinin ərazisi əsasında təşkil olunmuşdur.

Coğrafiya

Dairənin ümumi sahəsi 2703,9 km² təşkil edir.

Demoqrafiya

2000-ci il siyahıyaalınmasına əsasən, Eri dairəsində 950 265 nəfər əhali yaşayırdı. ABŞ Siyahıyaalma Bürosunun hesablamalarına əsasən, 2009-cu ilə qədər əhalinin sayı 4,3% azalmış və 909 247 nəfərə düşmüşdür.Бюро переписи населения США - Erie County, New York Əhali sıxlığı hər kvadrat kilometrə 336,3 nəfər təşkil edirdi.

İstinadlar

Ədəbiyyat siyahısı

Xarici keçidlər

Erie County Bureau of Forestry Trails Erie County Government website (county overview here) The Buffalo and Erie County Historical Society Erie County Fair U.S. Census Bureau The Roman Catholic Diocese of Buffalo, New York The Erie County Fiscal Stability Authority website a New York state public-benefit corporation

Kateqoriya:Eri (dairə, Nyu-York)