Kiribati və ya rəsmi adıyla Kiribati Respublikası — Sakit okeanda yerləşən cırtdan dövlətidir. Kiribati Respublikası 33 ada və atolldan ibarətdir. Okeaniyada bu adalar 5 milyon km² ərazidə yayılmışdır. Paytaxtı Cənubi Tarava şəhəridir. Adaya ilk ayaq basan avropalı, 1606-cı ildə ispan səyyah Pedro Fernandes de Queiros olmuşdur.
Bu 1837-ci ildə baş vermişdir. 1979-cu ilin iyulun 12-də ölkə müstəqil oldu.
Kiribati dilinin əlifbasında 13 hərf vardır.
Ada ölkəsi 1979-cu ildə müstəqillik qazandıqda, Kiribati ölkənin adı olaraq qəbul edildi. Bu ad, müstəqillikdən əvvəl ölkə üçün istifadə edilən Gilbert adının Kiribati tələffüzündən yaranan bir addır.
Ada ölkəsi qərb-şərq istiqamətində 4567 km, şimal-cənub istiqamətində 2051 km əraziyə yayılmışdır. Ada ölkəsinin suverenliyi altında ümumi sahəsi 5,2 milyon km² -dir. Kiribati yayılmasına görə dünyanın ən böyük ölkələrindən biri olsa da, bu ərazilərin yalnız 811 km² -i adalardır. Bu nisbətlə Kiribati dünyanın ən kiçik ölkələrindən biri mövqeyinə sahibdir. Ölkənin eyni zamanda Sakit okeanda 1143 km sahil xətti var.
2015-ci ildəki son rəsmi siyahıyaalma nəticələrinə görə, Kiribatidə 110.136 nəfər əhalisi olmuşdur. Son rəsmi siyahıyaalma olan 2018-ci il siyahıyaalma nəticələrinə görə, ölkədə 109,367 əhalinin yaşadığı təxmin edilir.
Kateqoriya:Kiribati Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:Millətlər Birliyinə üzv dövlətlər Kateqoriya:Ada dövlətlər Kateqoriya:Unitar respublikalar