Gekkonlar — Əsasən yırtıcı olan kiçik kərtənkələlərdir və Antarktida istisna olmaqla hər qitədə yayılmışdır. "Gekkota" alt dəstəsinə aid olan gekkonlar dünyanın isti iqlimlərində yaşayır. Onların ölçüləri 1,6 sm-dən 60 sm-ə qədər (0,6-23,6 düym) dəyişir. Gekkonlar kərtənkələlər arasında növdən növə dəyişən səsləri ilə fərqlənirlər. Gekkonidae fəsiləsinə aid olan əksər gekkonlar sosial qarşılıqlı əlaqədə cığıltı və ya tıqqıltı səsləri çıxarır. Tokay gekkonları (Gekko gecko) yüksək səsli cütləşmə çağırışları ilə tanınır, bəzi digər növlər isə təhlükə hiss etdikdə və ya təhdid edildikdə tısıldaq səsləri çıxara bilir. Gekkonlar təxminən 1500 fərqli növü ilə kərtənkələlərin ən növ zəngin qrupudur.
Etimologiya
Neo-Latınca "gekko" və ingiliscə "gecko" sözləri indoneziya-malay dilindəki "gēkoq" Earlier version first published in New English Dictionary, 1898. sözündən yaranıb ki, bu da Yava dilindəki "tokek" sözündən alınıb. Bu söz Tokay gekkonu kimi bəzi növlərin çıxardığı səsləri təqlid edir.
Ümumi xüsusiyyətlər
Digər sürünənlər kimi, gekkonlar da ektotermikdir və çox az metabolik istilik istehsal edirlər. Əsasən, gekkonun bədən istiliyi ətraf mühitdən asılıdır. Həmçinin, hərəkət, qidalanma, çoxalma kimi əsas funksiyalarını yerinə yetirmək üçün gekkonların nisbətən yüksək temperaturu olmalıdır.
İstinadlar
Xarici keçidlər
Gecko gallery and information How Geckos Stick to Walls Comprehensive gecko care information Global gecko association site with pictures, caresheets, species list Gecko anatomy picture The Gecko's Foot Artificial gecko feet for a Spiderman suit (BBC 2007-08-28) Gecko Time Online Gecko Magazine
Kateqoriya:Sürünənlər Kateqoriya:Kərtənkələlər Kateqoriya:Gekkonlar