Çiyni — Azərbaycan Respublikasının Ağsu rayonunun Çiyni kənd inzibati ərazi dairəsində kənd. 4 dekabr 2001-ci il tarixli 228-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağsu rayonunun Çiyni kəndi Ərəbsarvan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çiyni kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası

Tarixi Çiyni kəndi Ağsu rayonun qədim və keçmiş tarixə malik olan kəndlərindən biridir. Çiyni kəndinin (təxminən 1814-1823-cü illəri əhatə edir) 200-250 illik tarixi vardır.

Coğrafiyası və iqlimi Kənd Şirvan düzündə, Ağsu-Kürdəmir magistiral yolunun 12 km-liyində, yoldan 5–6 km aralıda yerləşir.

Əhalisi Əhalisi 1100 nəfərdir, kənddə 220 ev var.

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini əkinçilik və maldarlıq təşkil edir. Bundan başqa kənddə taxılçılıq, tərəvəzçilik və meyvəçilik də inkişaf etmişdir.

Mədəniyyəti Kənddə mədəniyyət evi və park var.

Təhsil Kənddə məktəb və uşaq bağçası fəaliyyət göstərir.

Din Kənddə Çiyni kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2010-cu ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

Səhiyyə Kənddə tibb məntəqəsi mövcuddur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ağsu rayonunun kəndləri