Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı — Azərbaycanı xaricdə təmsil edən, DSX dəstə və ansamblı.
Faəliyyəti
Rəsmi tədbirlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il səfəri. Səfər zamanı Ərdoğan Cıdır düzünü ziyarət etmiş, "Musiqi irsi və Qarabağ atları Cıdır düzündə" adlı musiqili kompozisiyaya baxmışdır. Ona Azərbaycan tərəfindən "Zəfər" adlı Qarabağ atı və "Xarıbülbül" kompozisiyası hədiyyə edilmişdir. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun 2025-ci il səfəri. Berdiməhəmmədov Cıdır düzündə Qarabağ atlarının təqdimatına baxmış, ona "Dostluq" adlı Qarabağ atı hədiyyə edilmişdir. BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyanın 2025-ci il səfəri. Qonağın şərəfinə Cıdır düzündə Qarabağ atlarının nümunəvi yürüşü təşkil edilmiş, qonağa "Ərgünəş" adlı Qarabağ atı hədiyyə edilmişdir.
Vindzor Kral Atçılıq Şousu 2014. Azərbaycanın birinci dəfə Vindzor Kral Atçılıq Şousunda çıxış etmişdir. 2018. Bu tədbir çərçivəsində 20 süvari öz məharətini göstərmiş, rəqqaslar, "Natiq" ritm qrupu, alov püskürən fakirlər qrupu və 2 rəssam da səhnədə çıxış etmişdir. Daha sonra Azərbaycan Atçılıq Federasiyasının nümayəndə heyəti Böyük Britaniya kraliçası II Elizabetlə görüşmüş və Qarabağ atının tuncdan hazırlanmış heykəlini ona hədiyyə kimi vermişdir. 2019. "Azərbaycanın kəlağayısı və Qarabağ atları" adlı şou-kompozisiya təqdim edilmişdir. Rəqqasların ifasında qılıncoynatma hərəkətləri təqdim edilmiş, Azərbaycan qadının müharibə vaxtı kəlağayını yerə atması və bunun sülh dövrünün bitməsini simvolizə etməsi nümayiş edilmişdir. 2022. 70 nəfərlik nümayəndə heyəti, 15 Qarabağ atı tədbirdə iştirak etmişdir. Kraliça II Elizabetə Qarabağ atı hədiyyə edilmişdir. 2023. "Odlar Yurdu" adlı şou-kompozisiya təqdim edilmişdir. Tədbirdən sonra Aygün Nağıyevanın "Qarabağ möcüzəsi" əsəri Şahzadə Edvarda təqdim edilmişdir. 2024. Qarabağ atları, Azərbaycan musiqisi və rəqslərindən ibarət olan "Koroğlu" adlı şou-kompozisiya süvari dəstəsi və rəqs ansamblı tərəfindən Britaniya kral ailəsinə təqdim edilmişdir. Koroğlu rolunu Azərbaycanın xalq artisti Yusif Eyvazov və əməkdar artist Tural Ağasiyev, Nigar rolunu isə əməkdar artist Afaq Abbasova və Fatimə Cəfərzadə canlandırmışdır. 2025. Süvarilər dəstəsi və rəqs ansamblı "Azerbaijan — Land of Fire" şou-kompozisiyasını təqdim etmişdir. Bura Azərbaycan musiqisi və rəqsləri, Qarabağ atları, 2025-ci il üçün yeni olan, orkestr çıxışları daxildir. Şou 20 dəqiqə davam etmişdir. Bu zaman Azərbaycan süvariləri Azərbaycan və Böyük Britaniya bayraqlarını dalğalandırmışdılar. Şou-kompozisiyanın rəhbəri Əməkdar artist Gövhər Həsənzadə idi.
Digər fəaliyyət Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı Azərbaycan Milli Atçılıq Festivalı, çövkən üzrə dünya çempionatı, Türkiyədə keçirilən Etnospor Mədəniyyət Festivalı kimi tədbirlərdə iştirak etmişdir. Dəstə və ansambl 2022-ci ildə Bursada keçirilən IV Dünya Köçəri Oyunlarında da 60 nəfərlik heyətlə iştirak etmişdir.
Təltif edilmə 28 may 2023-cü ildə Respublika Günündə Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı "Vindzor Kral Atçılıq Şousu-2023" tədbirində iştiraklarına görə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev tərəfindən təltif edilmişdir.
Qalereya
Həmçinin bax
Azərbaycan at mədəniyyəti
İstinadlar
Kateqoriya:Azərbaycanda atçılıq Kateqoriya:Azərbaycanın yumşaq gücü və mədəni diplomatiyası