Azərbaycanın sosial siyasəti — Azərbaycan Respublikasında sosial təminat sisteminin səmərəli əmək bazarının inkişafına təkan verməklə əhalinin iqtisadi problemlərinin azaldılmasına yönəlmiş proqramlardan ibarətdir. Sosial təminat sisteminə pensiyalar, işsizlik müavinətləri, tibbi sığorta və digər sosial müavinətlər daxildir.

Ümumi məlumatlar 2023 Minimum aylıq əməkhaqqı 2023-cü il yanvarın 1-dən 345 manatdır..

2023-cü il üçün yaşayış minimumu 246 manatdır: əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat.

Orta əmək haqqı 414 manatdır. 2023-cü il yanvarın 1-dən minimum əmək pensiyası 280 manat müəyyən edilib. 2023-cü ildə əmək müqavilələrinin ümumi sayı 1 milyon 809 min ədəd təşkil edib ki, bunun da 908 mini dövlət sektorunda, 900 mini isə özəl sektorda olub. İstehsalatda 465 bədbəxt hadisə baş verib, 78 nəfər həlak olub, 431 nəfər xəsarət alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumilikdə 3 milyon 820 min manat məbləğində 1776 inzibati cərimə tətbiq edilib.

425 min nəfərə aylıq müavinət, 66 min nəfərə birdəfəlik müavinət verilib. 211 min nəfər məcburi dövlət sosial sığortası hesabına müavinət, 378 min nəfər prezident təqaüdü alıb. Ümumilikdə 999 milyon manat müavinət, 647 milyon manat təqaüd ödənilib.

2024 2024-cü il üçün yaşayış minimumu 270 manat təyin edilmişdir: əmək qabiliyyətli əhali üçün – 287 manat, pensiyaçılar üçün – 222 manat, uşaqlar üçün – 235 manat..

Sosial xidmətlərin rəqəmsallaşdırılması üçün 9 avqust 2018-ci il tarixində Dayanıqlı və Operativ Sosial Rifah Agentliyi (DOST) yaradılıb. Agentlik 15 istiqamət üzrə 160 sosial xidmət göstərir:

2025 2025-ci ilin aprel ayına olan məlumata görə, Azərbaycanda 9000-ə yaxın müəssisə kollektiv müqavilə əsasında işə bağlayıb.

Ünvanlı sosial yardım Orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarından aşağı olan aztəminatlı ailələrə ödənilir.

2023 2023-cü il üçün ehtiyac meyarı 246 manat müəyyən edilib. Ümumilikdə 423 milyon manat birbaşa sosial yardım ödənilib.

2024 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat təşkil edir.Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunu

İşsizlikdən sosial müdafiə 30 iyun 2017-ci il tarixində işsizlik haqqında sığorta qanunu qəbul edilib. İşsizlikdən sığorta müavinətləri ödənilir. İşsizlikdən Sığorta Fondu fəaliyyət göstərir.

2023-cü ildə fond 259 milyon manat gəlir əldə edib. Xərclər 208 milyon manat təşkil edib. 2023-cü ildə 8400 nəfər işsizlik müavinəti alıb. 2024-cü ildə 9,8 min nəfərə 13,9 milyon manat müavinət ödənilib.Bu ilin səkkiz ayında ödənilən sosial müavinətlərin və Prezident təqaüdlərinin miqdarı açıqlanıb

Əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi Azərbaycan Nazirlər Kabineti 2015-ci il dekabrın 30-da əlilliyin və sağlamlıq vəziyyətinin müəyyən edilməsi meyarları haqqında Əsasnaməni təsdiq edib.Important reform measures in order to minimize contact between officials and citizens and increase transparency in the appointment of disability were held Azərbaycan Prezident İlham Əliyev yanvarın 9-da Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır.Prezident İlham Əliyev yanvarın 9-da Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır

2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 17 prioritet layihəni təsdiqləyib. 2013-cü ildə layihələrin icrası zamanı 18 yaşadək 800 uşağa sosial, psixoloji, hüquqi və reinteqrasiya xidmətləri göstərilib.

Prezidentin 14 Sentyabr 2015-ci il tarixli “Səhiyyə sahəsində əlillik problemləri və imkanlarının hesablanması sistemlərinin inkişafı haqqında” fərmanı əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş informasiya sistemində Tibbi Sosial Ekspertiza və Reabilitasiya Sistemi (TSERAS) mərkəzidir.

31 may 2018-ci il tarixində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun qəbul edilib. Azərbaycanın Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nəzdində Yaradıcılıq və İnklüziv İnkişaf Mərkəzi fəaliyyət göstərir. Mərkəz sağlamlıq imkanları məhdud şəxslərin, onların övladlarının, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, aztəminatlı ailələrdən olan istedadlı şəxslərin bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədi ilə 5 oktyabr 2021-ci il tarixində yaradılmışdır.

2021-ci ildə Azərbaycan Beynəlxalq Abilimpiya federasiyasına üzv olub.

2009-cu il yanvarın 28-də Azərbaycan BMT-nin Əlillərin Hüquqları Konvensiyasına qoşulmuş və Konvensiyada Fakültativ protokol imzalamışdır.

2024-cü ilin iyun ayında Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi 18 yaşınadək əlilliyi olan şəxslərə yardım məqsədilə Azərbaycanın 15 rayonunda sosial reabilitasiya mərkəzləri açıb.

2023 50,7 min nəfərə əlillik təyin edilib. Bunlardan 25 200-ü yeni, 25 500-ü isə yeni diaqnoz qoyulub.

2159 nəfərə birdəfəlik maddi yardım göstərilib, 2510 nəfər kurort müalicəsinə göndərilib.

87,7 min nəfərə reabilitasiya xidməti göstərilib, 10,5 min nəfərə 91,4 min Reabilitasiya fondundan pul ödənilib.

2024 2024-cü ilin yanvar-noyabr aylarında 40 mindən çox insana əlillik statusu verilib. Onların 50%-i ilkin, 50%-i residiv olub.

Təhsil sahəsində 2001-ci il iyunun 5-də “Əlilliyi olan şəxslərin təhsili haqqında” qanun qəbul edildi. Təhsil xüsusi təhsil təşkilatlarında, habelə ümumi təhsil müəssisələrində xüsusi şərait olduqda həyata keçirilir. Evdə təhsil, ümumtəhsil məktəblərinin xüsusi siniflərində inteqrasiyalı təhsil, inklüziv təhsil imkanları verilir.

2024-cü ilin fevral ayında əlilliyi olan şəxslər üçün xüsusi təhsilin dövlət standartları təsdiq edildi.Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları təsdiq edilib

Qarabağ müharibəsi iştirakçılarının sosial müdafiəsi 8 dekabr 2020-ci il tarixində müharibə veteranlarına və onların ailələrinə dəstək məqsədilə “YAŞAT” dövlət fondu yaradılıb. Fond imkansız şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmağına, təhsilə, peşə hazırlığına, müalicə xərclərinə köməklik göstərir. 2023-cü ilin dekabr ayına olan məlumata görə, fond 79 milyon 484 min manat vəsait xərcləyib. 14785 nəfərə yardım göstərilib. Şəhid və itkin ailələrinə, habelə əlillərə yardım göstərilir. 2023-cü ilin dekabr ayına fonddan 79 milyon 484 min manat vəsait xərclənib. 14785 nəfərə yardım göstərilib. Şəhid və itkin ailələrinə, habelə əlillərə yardım göstərilir. Fond 2024-cü ilin fevral ayına kimi “Onlar bizim qayğımızdadır” layihəsi çərçivəsində 117 şəhid övladına yardım edib..

44 günlük müharibənin iştirakçılarına yardım 44 günlük müharibədən sonra müharibə veteranlarına və həlak olanların ailələrinə yardım layihəsinə start verildi.

Müharibə veteranları və həlak olanların ailə üzvləri də daxil olmaqla 105 min nəfərə 118 min aylıq sosial müavinət, 22,8 min fiziki şəxsə birdəfəlik ödəmə təyin edilib.

Əlillər və mərhumların ailələri üçün Mənzil proqramı fəaliyyət göstərir və 2025-ci ilin aprel ayına olan məlumata görə, 6800 mənzil və fərdi ev verilib. Əlil müharibə veteranlarına 567 avtomobil verilib.

Müharibə veteranları və həlak olanların ailə üzvləri də daxil olmaqla 1000 nəfərə 77 min sosial, psixoloji və reabilitasiya yardımı göstərilib, 2123 əlil 54400 reabilitasiya vasitəsi ilə, 492 nəfər 609 yüksək texnologiyalı protezlə təmin olunublar.

26 min 200 müharibə veteranı və həlak olanların ailə üzvləri işlə təmin olunub, 12400 nəfər özünüməşğulluq proqramına cəlb edilib, 1070 nəfər ixtisasartırma kursundan keçib. 2025-ci ilin aprel ayına olan məlumata görə, dəstək tədbirləri 131 000 nəfərə çatıb və onlara 380 000 xidmət göstərilib.

Uşaqların sosial müdafiəsi 2024-cü ilin fevral ayına olan məlumata görə, Azərbaycanda 36 internat məktəbi və 7 xüsusi internat məktəbi fəaliyyət göstərir.

Azərbaycanda Uşaq Evləri haqqında Əsasnamə 30 iyul 2020-ci ildə qəbul edilib. Uşaq evlərində 3 yaşdan 18 yaşa qədər valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar yerləşdirilir. Dövlət uşaq evləri müvafiq şəhərin (rayonun) icra hakimiyyəti (meriyası) və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən yaradılır. Uşaq evləri Hüquqi şəxsdir. Uşaq evlərində olan uşaqlara qəyyum və ya himayəçi təyin edilmir. Bu vəzifələri uşaq evi həyata keçirir.

Azərbaycanda uşaq evlərinə dəstəyi Heydər Əliyev Fondu verir. 30-dan çox uşaq evi əsaslı təmir edilərək yeni avadanlıqla təchiz edilib. Əksər uşaq evlərində və internat məktəblərində kompüter avadanlığı quraşdırılıb. Uşaqlar üçün kütləvi tədbirlər, festivallar keçirilir.

Minimum aliment məbləği 2023-cü ildə 220 manat, 2024-cü ildə isə 235 manat olub. 2025-ci ildə minimum aliment məbləği 246 manat olmalıdır. Minimum aliment məbləği uşaqlar üçün minimum yaşayış səviyyəsinə bərabərdir.

Azərbaycanda Uşaqlar Birliyi fəaliyyət göstərir.

1 sentyabr 2025-ci ildə “Tut Əlimdən” uşaq sosial reabilitasiya mərkəzi yaradılmışdır.

2023 Sosial xidmət orqanlarında 1437 valideyn himayəsindən məhrum olan uşaq (854 qız, 583 oğlan) qeydiyyata alınıb. Onlardan 1076 nəfər sağlam, 248 nəfər sağlamlıq imkanları məhdud, 113 nəfər isə səhhətində problem olanlar var.

141 uşaq (70 oğlan, 71 qız) övladlığa götürülüb. Övladlığa götürmə ilə bağlı ümumilikdə 353 müraciət daxil olub. 91 müraciət rədd edilib. 197 uşaq reinteqrasiya yolu ilə müəssisələrdən ailələrinə qaytarılıb. 1131 uşaq əyani, 14 uşaq distant monitorinqdən keçir. 269 ​​uşaq sosial müəssisələrə yerləşdirilib.

2025 2025-ci ildən təhsil müəssisəsini bitirdikdən sonra valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara 2600 manat birdəfəlik müavinət verilir.

Pensiya təminatı Azərbaycanda pensiyalar təyin edilir: yaşa görə əlilliyə görə ailə başçısını itirdikdə

Yaşa görə əmək pensiyası maliyyələşdirilən və sığorta komponentindən ibarətdir.

Yaşa görə pensiya almaq üçün tələblər: Kişilər - 65 yaşına çatdıqda Qadınlar - 62,5 yaşına çatdıqda

Bundan başqa, fərdi hesabda əmək stajından asılı olmayaraq, yaşayış xərclərini təmin etmək üçün kifayət qədər minimum əmək pensiyasına bərabər və ya ondan artıq məbləğ olduqda yaşa görə pensiya təyin edilir. Əgər təqaüdə çıxdıqdan sonra işləməyə davam edilirsə sosial sığortaya görə əlavə məbləğ əlavə edilir. Pensiyaşılar öz pensiyalarının bankomat vasitəsilə alırlar.

Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan vətəndaşları ilə bərabər əsasda pensiya almaq hüququ vardır.

2013-cü ilin noyabr ayından pensiya sisteminə fərdi sığorta hesabları daxil edilib.

Azərbaycan vətəndaşları xaricdə işləyərkən Azərbaycanla müvafiq dövlətlər arasında müqavilə olduqda pensiya təyin edilərkən bu iş stajı nəzərə alınır. Bu zaman pensiya Azərbaycandan təyin edilir və ödənilir.

2023-cü ilə olan məlumata görə, pensiya alanların sayı 1,1 milyon nəfər olub. Onlardan 706 mini yaşa, 259 mini əlilliyə, 134 mini ailə başcısını itirdiyinə görədir. 2023-cü ildə yaşa görə pensiya 467 manat olub.

Göstəricilər 2009-cu ilə qədər təxminən 2,5 milyon insan və ya ölkə əhalisinin təxminən 26 % sosial təminat sistemi ilə əhatə olunmuşdur. Ünvanlı sosial yardım 2024-cü ilə olan məlumata görə Azərbaycanda 75 min ailə ünvanlı sosial yardım alır. Bu da hər ailəyə 490 manat vəsaitin ayrılması deməkdir.Azərbaycanda sosial yardım alan aztəminatlı ailələrin sayı açıqlanıb

Əmək haqqı 2024 2024-cü ilin yanvar-avqust aylarında İnformasiya və Kommunikasiya texnologiyaları sektorunda orta aylıq əmək haqqı dövlət sektorunda 1483,6 manat, qeyri-dövlət sektorunda 1836,8 manat təşkil edib