Mikaela Mallani Ştraus () — King Princess kimi tanınan ABŞ müğənnisi və bəstəkarı. "Columbia Records"un alt şirkəti olan "Zelig Records" şirkəti (sahibi: Mark Ronson) ilə əməkdaşlıq edir. 2018-ci ildə "Make My Bed" () minialbomunu və "1950" sinqlını buraxıb. Mahnı müxtəlif ölkələrin musiqi siyahılarına düşüb və RIAA-dan platin sertifikat alıb. "Talia" adlı ikinci sinqlı ARIA-dan qızıl sertifikat qazanıb. 2019-cu ildə "Cheap Queen" () adlı ilk studiya albomunu buraxıb. "Doqquz ideal qərib" () serialında rol alıb.
Erkən illəri Oliver H. Ştraus Cr. və Agnes Mallaninin övladı olan M. Ştraus Bruklində anadan olub. Kiçik yaşlarında valideynləri ayrılıb. Ana xətti ilə irlandiyalı, italyan və polyak mənşəlidir. Ata tərəfdən ABŞ Konqresinin üzvü və "Macy's" ticarət şirkətinin şəriki İsidor Ştraus və həyat yoldaşı İda Ştrausun nəslindəndir. Alman-yəhudi əsilli əcdadları Bavariya və Reynland-Pfaltsdan ABŞ-yə mühacirət edib. İsidor və İda Ştraus "Titanik" gəmisinin qəzasında həlak olub. Özünün "Rolling Stone" nəşrinə açıqlamasına görə, varis deyil və ailə sərvətindən pay almayıb.
Erkən yaşlarında atasının "Mission Sound" səsyazma studiyasında vaxt keçirib. Burada bas, gitara, piano və barabanda ifa etmək, həmçinin musiqi istehsalı və sənaye haqqında əsas texniki bilikləri mənimsəyib. "Led Zeppelin", "T. Rex" qrupları və Cek Vaytın yaradıcılığından təsirlənib. 2012-ci ildə bəstələdiyi mahnıların yazıldığı CD əsasında Nyu-Yorkun Manhetten rayonundakı "Avenues: The World School" özəl məktəbinə təqaüd əldə edib.
Ali təhsilini Los-Anceles şəhərində "USC Tornton" musiqi məktəbində almağa başlayıb. Bir il sonra təhsilini yarımçıq qoyaraq musiqi fəaliyyətinə üstünlük verib.
Şəxsi həyatı Şəxsi həyatında M. Ştraus özünü lezbiyan və gender-kuir kimi təqdim edir. O, 2018-ci ildə aktrisа Amandla Stenberq ilə münasibətdə olub. 2019-cu ilin əvvəlində Lizzonun kreativ direktoru Kuinn Vaytni Vilson ilə münasibəti başlayıb və bu münasibət 2023-cü ilin sonunadək davam edib.
Gender kimliyi barədə "W" jurnalına müsahibəsində qeyd edib ki, bəzən qadın olmağı məqbul sayır və vaxtın 49 faizində qadın fizioloji xüsusiyyətlərindən məmnundur. Lakin özünü tam olaraq qadın hesab etmir və gender spektrinin mərkəzində mövqe tutduğunu, bu mövqenin gündəlik dəyişdiyini bildirib. 2023-cü ildə sosial şəbəkədə qeyri-binar olduğunu bəyan edib və gender mövzusunda bir sıra digər paylaşımlar edib.https://www.instagram.com/p/CppDAVVJBKk/?hl=en and https://www.instagram.com/p/Cg5fmkypx9_/?hl=en 2022-ci ildə "Rolling Stone" nəşrinə müsahibəsində şəxs əvəzliklərinin istifadəsinə münasibətdə neytral mövqe tutduğunu və "he", "she", "it", "they", "ksenogender" əvəzliklərinin istifadəsinin məqbul olduğunu bildirib.
Diskoqrafiya Studiya albomları Cheap Queen (2019) Hold On Baby (2022) Girl Violence (2025)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:LGBT mahnı yazarları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XXI əsr ABŞ aktyorları Kateqoriya:ABŞ televiziya aktyorları