Müqəddəs Yozef kafedralı — Nyu-York ştatının Baffalo şəhərinin mərkəzində, Franklin küçəsi 50 ünvanında, Yozef Ellikott Tarixi Rayonunda yerləşən, Buffalo Roma Katolik Yeparxiyasının kafedral kilsəsi.

Tarix

Baffalonun ilk yepiskopu Con Timon, 1847-ci ildə Müqəddəs Yozef Kilsəsini yeni yaradılan yeparxiyanın mərkəzi kimi təsis etdi. Şəhərin iqtisadi vəziyyəti səbəbilə, kilsənin tikintisi üçün vəsait toplamaq məqsədilə Avropaya səfər etdi. Kilsənin təməl daşı 6 fevral 1851-ci ildə qoyuldu. Tikinti zamanı Eri gölündən şəhərə yaxınlaşan fırtına ərazidə bir neçə evi dağıtdı. Yepiskop Timon, sakinlərə bir neçə həftə müddətinə kafedralın divarları içərisində çadır qurmağa icazə verdi. Kafedral 1 iyul 1855-ci ildə istifadəyə verildi, lakin tamamlanmamışdı. Cənub qülləsi 1862-ci ilin yayında tamamlandı. Yepiskop Timon, tamamlanmış kafedralı 21 avqust 1863-cü ildə təqdis etdi.

İstinadlar

Xarici keçidlər Official Cathedral Site Roman Catholic Diocese of Buffalo Official Site

Kateqoriya:Əlifba sırasına görə dini abidələr