Ekoloji kommunikasiya və ya Ətraf mühit kommunikasiyası – insanın ətraf mühitlə qarşılıqlı əlaqəsi və bu mövzudakı kommunikasiya formalarının öyrənilməsi və tətbiqidir. Ətraf mühit kommunikasiyası şəxslərarası ünsiyyətdən və virtual icmalardan tutmuş, iştirakçı qərarvermə prosesləri və ətraf mühit mövzularının mediada işıqlandırılmasına qədər geniş spektrdə qarşılıqlı təsirləri əhatə edir.

Tətbiqi baxımdan Aleksandr Flor ətraf mühit kommunikasiyasını ünsiyyət yanaşmalarının, prinsiplərinin, strategiyalarının və texnikalarının ətraf mühitin idarə olunması və mühafizəsi üçün tətbiqi kimi müəyyənləşdirir.Flor, Alexander. (2004). Environmental Communication . Diliman, Quezon City: University of the Philippines-Open University.

Tarixi inkişafı

Ətraf mühit kommunikasiyası, ənənəvi ritorika nəzəriyyəsindən ayrılaraq, 1980-ci illərdə ABŞ-də formalaşmağa başlamışdır. Tədqiqatçılar bu sahəni müstəqil nəzəri istiqamət kimi öyrənməyə başlamışdılar. Bunun əsas səbəbi ətraf mühit fəallarının auditoriyanı inandırmaq üçün təsvirlərdən və xüsusi ifadələrdən istifadə etmə tərzi idi.

Bundan sonra ətraf mühit kommunikasiyası nəzəriyyəsi bir sıra mühüm mərhələlərə çatmışdır. Onlardan ən əhəmiyyətlilərindən biri 2007-ci ildə "Environmental Communication" adlı elmi jurnalın təsis edilməsi olmuşdur.

Akademiya

Akademik sahə kimi ətraf mühit kommunikasiyası, kommunikasiya elmləri, ətraf mühit tədqiqatları, ekologiya, risklərin analizi və idarə olunması, sosiologiya və siyasi ekologiya daxil olmaqla müxtəlif fənlərin kəsişməsindən yaranmışdır.

2004-cü ildə nəşr olunmuş kitabında Aleksandr Flor, ətraf mühit kommunikasiyasını interdisiplinar xarakter daşıyan ətraf mühit elmlərinin mühüm tərkib hissəsi hesab etmişdir. O, mövzuyla bağlı kitabına belə bir açıqlama ilə başlamışdır: "Müasir ekoloji hərəkat ətraf mühit kommunikasiyası ilə başlamışdır. Ətraf mühit hərəkatı bir müəllifin qələminin yaratdığı qığılcımla – daha dəqiq desək, Reyçel Karsonun daktilosu ilə alovlanmışdır."

Florun fikrincə, ətraf mühit kommunikasiyasının altı əsas elementi mövcuddur: ekoloji qanunların bilikləri; mədəni ölçüyə həssaslıq; səmərəli şəbəkələşmə bacarığı; sosial gündəmin formalaşdırılmasında medianın effektiv istifadəsi; ətraf mühit etikası anlayışının dəyərləndirilməsi və tətbiqi; mübahisələrin həlli, vasitəçilik və arbitraj.

Ədəbiyyat siyahısı

Tema Milstein, "Environmental Communication Theories," in Stephen W. Littlejohn and Karen A. Foss (Eds.), Encyclopedia of Communication Theory, Thousand Oaks, CA: Sage, 2009, pp. 344–349. http://sk.sagepub.com/reference/communicationtheory/n130.xml Tema Milstein and Gabi Mocatta, "Environmental Communication Theory and Practice for Global Transformation: An Ecocultural Approach," in Yoshitaka Miike and Jing Yin (Eds.), The Handbook of Global Interventions in Communication Theory, New York: Routledge, 2022, pp. 474–490. http://dx.doi.org/10.4324/9781003043348-35

İstinadlar

Xarici keçidlər

International Environmental Communication Association (IECA) – a professional association for environmental communication practitioners, teachers, and scholars ClimateClock: clock counting down to 1,5°C temperature rise Lexington book series on Environmental Communication and Nature: Conflict and Ecoculture in the Anthropocene Talk.Eco: Resources for Environmental Communicators – a website featuring curated resources for environmental communication professionals Environmental Communication: What it is and Why it Matters by Mark Meisner Environmental Communication: Research Into Practice – an online course Bibliography of books in environmental communication by Mark Meisner ECOresearch Network – Research Network on Environmental Online Communication Indications: Environmental Communication blog (inactive), 2010–2012 About the Environmental Communication Division – The International Communication Association Environmental Communication Division Communication et environnement, le pacte impossible by Thierry Libaert

Kateqoriya:Kommunikasiyaşünaslıq Kateqoriya:Sosiologiyanın fənlərarası alt sahələri Kateqoriya:Ekoloji kommunikasiya Kateqoriya:Mediaşünaslıq