Əbu Bəkr Əhməd ibn Əmr ibn Əbdilxaliq əl-Bəzzar əl-Bəsri (; ) — mühəddis.
Bioqrafiyası Həyatı haqqındakı məlumatlar olduqca azdır. Mənası "toxum satan" olan Bəzzar ləqəbinə hansı səbəblə yiyələndiyi naməlumdur. Hüdbə ibn Xalid, Əbdüləla ibn Həmmad və Bündar kimi alimlərdən hədis öyrənmişdir. Ondan da İbn Qəni, Əbül-Qasım ət-Təbərani və Əbüş-Şeyx kimi bir çox mühəddis hədis rəvayət etmişdir. Mühəddislərin əksinə olaraq hədis öyrənmək üçün deyil, bildiyi hədisləri yaymaq üçün səfərlər etmişdir. İsfahan, Bağdad, Misir, Məkkə və Dəməşqdəki Rəmləyə səfər etdiyi yerlərdir. O, rəvayət etdiyi hədislərdə illətləri də tələbələrinə söyləmişdir. Bütün ömrünün hədis örənməyə və öyrətməyə hərs etmiş Bəzzar, Rəmlədə vəfat etmişdir.
Hədis tənqitçiləri onu "siqa bir mühəddis" olaraq adlandırsalar da, əzbərdən hədis rəvayət etdiyi zaman xəta etdiyinə də söyləyiblər.
Əsərləri Əl-Müsnəd. Əsəri "əl-Müsnədül-kəbir" və ya "əl-Bəhrüz-zəxxar" da adlandırırlar. Kitabüs-Səlat alən-Nəbi. Yeganə nüsxəsi Bursanın Hüseyn Çələbi kitabxanasında saxlanılır (№ 1181/1).
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Ravilər Kateqoriya:Müsəlman teoloqlar