Henrix Hers (; ) – Alman fiziki. O, elektromaqnit dalğalarının varlığını təcrübi olaraq sübut edərək, işığın elektromaqnit təbiətli olduğunu müəyyən etmişdir.

22 fevral 1857-ci ildə alman fiziki, Bonn Universitetinin professoru Henrix Rudolf Hers anadan olmuşdur. Hersin əsas nailiyyəti Ceyms Maksvelin işığın elektromaqnit nəzəriyyəsini əyani olaraq sübuta yetirməsidir. Alimin şərəfinə periodik proseslərin tezliyinin ölçülməsi vahidi Hers adlandırılmışdır. Kompüterin xarakteristikasında mikroprosessorun tezlik (bir saniyədə yerinə yetirdiyi əməliyyatların sayı) vahidi olaraq da Hersdən (Hz) istifadə edilir.

Mənbə Fizika 9. § 3.4. Elektromaqnit sahəsi. Elektromaqnit dalğası. səh. 72.

Ədəbiyyat Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraql; xronoloji faktlar. Bakı:"İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh

İstinadlar

Kateqoriya:Almaniya fizikləri Kateqoriya:Sepsisdən ölənlər Kateqoriya:Yəhudi alimlər Kateqoriya:"Müqəddəs xəzinə" ordeni ilə təltif edilənlər Kateqoriya:Radio ixtiraçıları Kateqoriya:XIX əsrin fizikləri Kateqoriya:XIX əsr Almaniya fizikləri Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:Almaniya lüteranları