Kennet Martin Follet (; ) — 198 milyondan çox nüsxəsi satılmış triller və tarixi romanlar üzrə, uelsli yazıçı. Folletin kommersiya sahəsindəki sıçrayışı "İynənin Gözü" (1978) casus trilleri ilə gəldi. 1980-ci illərdə bu janrda daha çox bestseller yazdıqdan sonra, onun ən tanınmış əsəri və "Kingsbridge" seriyasında nəşr olunan ilk roman olan, orta əsrlər İngiltərəsində cərəyan edən epik roman, "Yerin Sütunları" (1989) ilə tarixi fantastika sahəsinə qədəm qoydu. O, "Əsrin Üçlüyü" də, daxil olmaqla hər iki janrda yazmağa davam edib. Onun bir çox kitabı "New York Times" ən çox satılanlar siyahısında birinci yer də daxil olmaqla yüksək yerlərə yüksəlib.

Erkən həyatı və təhsili

Follet 5 iyun 1949-cu ildə Uelsin Kardiff şəhərində anadan olub. O, vergi müfəttişi Martin Follet və daha iki uşağı olan Lavinia (Vini) Folletin ilk övladı idi - Hanna və Ceyms. "Plymouth Brethren" valideynləri tərəfindən film və televiziya izləməkdən məhrum edilmiş, oxumağa erkən maraq göstərmiş, lakin yeniyetməlik yaşına çatana qədər laqeyd bir şagird olaraq qalıb. Ailəsi, o on yaşındaykən Londona köçdü və o, "Harrow Weald Grammar School" və "Pool Technical College"-də təhsilinə başladı.

1967-ci ildə o, fəlsəfə oxuduğu və mərkəz-sol siyasətdə fəal olduğu "London Universitet Kolleci"nə qəbul edildi. O, 1968-ci ildə Mary ilə evləndi və həmin il oğlu Emanuel anadan oldu. 1970-ci ildə məzun olduqdan sonra, üç aylıq aspirantura jurnalistika kursunu bitirdi və Kardifdəki "South Wales Echo" qəzetində təcrübəçi reportyor kimi işləməyə başladı. 1973-cü ildə qızı Marie-Claire anadan oldu.

Karyera

Kardifdə üç il keçirdikdən sonra, "Evening News" üçün ümumi təyinatlı reportyor kimi Londona qayıtdı. İşin çətin olmadığını görərək, nəşriyyat üçün jurnalistikadan ayrıldı və 1970-ci illərin sonlarına qədər kiçik London nəşriyyatçısı "Everest Books"-un direktor müavini oldu. Axşamlar və həftə sonları hobbi kimi bədii yazı yazmağa başladı. Daha sonra o, avtomobilini təmir etmək üçün 200 funt sterlinqə ehtiyacı olanda kitab yazmağa başladığını və həmkarı jurnalistin triller üçün nəşriyyatçılardan aldığı avansın 200 funt sterlinq olduğunu söylədi.

İstinadlar

Xarici keçidlər

Example Article Directory Schools Radio

Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1949-cu ildə doğulanlar Kateqoriya:London Universitet Kollecinin məzunları Kateqoriya:"Britaniya imperiyası" ordeni komandorları Kateqoriya:Edqar Allan Po mükafatı qalibləri Kateqoriya:Kral Ədəbiyyat Cəmiyyətinin üzvləri Kateqoriya:Uels ateistləri Kateqoriya:Nyu-York şəxsləri