Əhməd Mahmud Ünlü və ya Cübbəli Əhməd Xoca (; ) — türk vaiz, yazıçı və hafiz. Təriqət şeyxi Mahmud Ustaosman oğlunun ən tanınmış tələbələrindən biridir.

Bioqrafiyası Atası Yusif Ünlünün bildirdiyinə görə, Əhməd 27 fevral 1965-ci ildə dünyaya gəlib.

İlk təhsilini Yavuz Səlim ibditai məktəbində alıb və Quranı öyrənib. Sonra Fateh kollecinə daxil olub. Buradakı təhsilini dayandıraraq Quran elmlərinə yönəlib. Dini təhsilini davam etdirmək üçün Rizəyə gedib. İcazətini aldıqdan sonra İstanbula qayıdıb və Quranı əzbərləyərək hafiz olub. 1983-cü ildə həcc ziyarətinə gedib.

Həcc ziyarətindən qayıtdıqdan sonra həm dərs deyib, həm də özü təhsil almağa davam edib. Verdiyi moizələr ölkəyə yayılıb və ona müxtəlif yerlərdən dəvətlər gəlib. O, "Fateh Haqq və Xidmət Vəqfi"nin banisidir.

1999-cu ildə baş verən Gölcük zəlzələsi ilə bağlı söylədiyi sözlərə görə həbs edilib. 13 ay həbsdə qalıb. Evlidir. 8 övladı var.

Əsərləri Əhməd Mahmud Ünlü, dini mövzularda qələmə alınmış onlarla risalənin müəllifidir.

Həmçinin bax Mahmud Ustaosmanoğlu

İstinadlar

Kateqoriya:Hənəfilər Kateqoriya:Türkiyə sufiləri Kateqoriya:XX əsr Türkiyə yazıçıları