Balaxani () — Dağıstanın Unsuqul rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi Kəndin yaxınlığında müsəlmanlar üçün müqəddəs sayılan Ayşa-Xur ziyarətgahı yerləşir. Rəvayətə görə, burada bolşeviklər tərəfindən öldürülən sufi şeyxi Məhəmməd-ustazın cənazəsi yerləşir. Balaxanidə şeyx Məhəmməd Yaraqski ailəsinin yaşadığı ev bu günədək qorunub saxlanmışdır. Burada həmçinin şeyxin oğlu İshaqın, Quba və Dərbəndin sonuncu xanı Şeyxəli xanın məzarları, eləcə də balaxanili naib Musanın mülkü və evinin qalıqları yerləşir.

Coğrafiyası Avar Göysu çayının sol sahilində yerləşir.

Tanınmış şəxsləri

Mirzə Həsən Əlqədari — Dağıstan tarixçisi, maarifçi, şair, "Əkinçi" və "Ziya" qəzetlərinin müxbirlərindən biri.

Xarici keçidlər

Balaxanı və Şeyxəli xan -EKSKLÜZİV FOTOLAR-

İstinad siyahısı

Kateqoriya:Unsuqul rayonu Kateqoriya:Dağıstan şəhərləri