Dəmirçi kənd məscidi — 1892-ci ildə tikilmiş tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Şamaxı rayonunun Dəmirçi kəndində yerləşir.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında Dəmirçi kənd məscidi 1892-ci ildə Şamaxı rayonunun Dəmirçi kəndində tikilib.

Sovet işğalından sonra Azərbaycanda 1928-ci ildə rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Dəmirçi kənd məscidi də bu dövrdə fəaliyyətini dayandırıb.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

2017-ci ildə Dəmirçi kəndində aparılan bərpa işləri çərçivəsində Dəmirçi kənd məscidi də bərpa olunub və dindarların istifadəsinə verilib.

Şəkilləri

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Şamaxı rayonunun məscidləri Kateqoriya:Şirvan-Abşeron memarlıq məktəbi Kateqoriya:Şamaxının görməli yerləri