Margerit-İzabell Navill (nikahdan öncə de Purtales (); ) — İsveçrə rəssamı, fotoqrafı və yazıçısı. 1873-cü ildə misirşünas Eduard Navill ilə evləndikdən sonra, o, Misirdəki 14 arxeoloji səfərdə ərini müşayiət etdi, onun tapıntılarını fotoşəkillər və rəsmlər formasında sənədləşdirdi. Onun geniş gündəlik kitabçaları və məktub yazışmaları 20-ci əsrin əvvəllərində Misirdəki həyat barədə ətraflı məlumat verir. thumb|Navillin dəfn yeri (sağdakı) (2021)

Bioqrafiyası 14 avqust 1852-ci ildə Cenevrə kantonunun Versua şəhərində anadan olan İzabell-Margerit de Purtales Prussiya qrafı və artilleriya zabiti Aleksandr Jozef de Purtalesin (1810-1883) və onun həyat yoldaşı Avqusta Mari Elizabetin (nikahdan öncəki soyadı Saladin; 1815–1885) qızı idi. O, 1870-ci ildə Fransa-Prussiya müharibəsi zamanı ailəsinin almanlara olan pərəstişliyindən təsirlənsə də, Birinci dünya müharibəsi zamanı fransızların tərəfində oldu.

1873-cü ildə evləndiyi misirşünas Eduard Navill (1844-1926) ilə birlikdə beş övladı var idi. 1884-1914-cü illər ərzində o, ərini Misirə etdiyi 14 səfərdə müşayiət etdi. Misirdə olarkən qazıntı sahələrini idarə edən, işçilərə qayğı göstərən və əldə edilən irəliləyişi diqqətlə izləyən məhz o idi. O, çəkdiyi fotoşəkillərə əlavə olaraq, tapıntıların detallı rəsmlərini də çəkmişdir. Eduard Navill həmin əl işlərini nəşr olunan əsərlərini təsvir etmək üçün istifadə etmişdir. Onun bir çox gündəlik yazı kitabçalarında qazıntı işləri barədə aparılan işlərdən savayı, Houard Karter də daxil olmaqla digər misirşünasların hekayələri də yer alır. O, yazılarında yevangelist dirçəliş hərəkatına dəstəyini əks etdirən dərin protestant inanclarını barədə də bəhs etmişdir.

Margerit Navill 14 dekabr 1930-cu ildə 78 yaşında Cenevrə yaxınlığındakı Malanyi adlı yerdə vəfat etdi. O, Jantod qəbiristanlığında ərinin yanında dəfn olundu.

İstinadlar

Xarici keçidlər Margerit Navill tərəfindən çəkilmiş rəsm və fotoşəkillər nümunələri, Cenevrə şəhərinin İncəsənət və Tarix Muzeyi

Kateqoriya:XIX əsr İsveçrə incəsənət xadimləri Kateqoriya:XX əsr İsveçrə incəsənət xadimləri Kateqoriya:İsveçrənin qadın incəsənət xadimləri Kateqoriya:İsveçrə misirşünasları