Üçlük (Troitski) kafedralı (rusca: Свято-Троицкий Измайловский собор, Собор Святой Живоначальной Троицы лейб-гвардии Измайловского полка) — Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən keçmiş Rusiya İmperator Ordusunun İzmaylovski alayının pravoslav kilsəsi.
Tarix
İlk illər Rusiya ənənəsinə görə, hər imperator qvardiyası alayının öz kafedralı var idi. Troitski Kafedralı, Moskva yaxınlığındakı İzmaylovo kral iqamətgahının adını daşıyan İzmaylovski qvardiya alayının alay kilsəsi idi.
İnqilabdan sonra 1922-ci ildə Rusiya İnqilabı zamanı kafedralın əksər dəyərli əşyaları qarət edildi. Qarət bir neçil il də davam etdi və nəticədə kafedral 1938-ci ildə bağlandı. Sovet hökumətinin kafedralı sökmək və qalan materiallardan rayon fəhlə teatrı üçün istifadə etmək planları haqqında şayiələr yayıldı. Lakin kafedral Sovet Rabitə Nazirliyinə verildi və onlar üçün anbar kimi istifadə edildi. Yalnız 1990-cı ildə, Sovet İttifaqının dağılmasından sonra kafedral Rus Pravoslav Kilsəsinin əlinə keçdi və bərpa işlərinə başlandı. O vaxta qədər kafedralın daxili interyeri demək olar ki, tamamilə boşalmışdı və inqilabdan əvvəlki əzəmətindən məhrum olmuşdu.
İstinadlar
Xarici keçidlər
BBC: Several pictures of the fire
Kateqoriya:Sankt-Peterburqdakı kafedrallar Kateqoriya:Rusiyadakı pravoslav kilsələri Kateqoriya:Günbəzli kilsə binaları Kateqoriya:Sankt-Peterburq abidələri Kateqoriya:Rusiyada neoklassik memarlıq Kateqoriya:1835-ci ildə yarananlar