"Il tuo bacio è come un rock" ("Öpüşün rok mahnısı kimidir") — Adriano Çelentanonun italyan dilində ifa etdiyi 1959-cu il tarixli mahnısı.

Xülasə Mahnının sözləri Pyero Vivarelli və Luço Fulçi tərəfindən yazılıb, musiqini Adriano Çelentano və Ezio Leoni bəstələyib. Onun ilkin adı "Torna a Capri mon amour" idi və mahnının sözləri fərqli idi, lakin Armando Trovayoli və Canni Ferrio da daxil olduğu Ankona musiqi festivalının münsiflər heyəti mahnını qəbul etməyəndə, Vivarelli və Fulçi mahnının sözlərini yenidən yazıb festivala təkrar təqdim etdilər. Mahnı nəhayət münsiflər heyəti tərəfindən qəbul edildi, festivalda qalib gəldi və Çelentanonunu məşhurlaşdırdı. Mahnının ilk həftəsində 300.000-dən çox nüsxəsi satılmışdır.

Mahnını sonradan Natalino Otto, Little Tony, Karla Boni, Qabriella Ferri və Toni Romano kimi məşhur müğənillər də ifa etmişdilər.

Trek siyahısı

Çartlar Çart (1959) Ən yüksək yeri İtaliya (Musica e dischi) Set "Tipo" on "Singoli". In the "Artista" field, type "Celentano". Then, in the "Titolo" field, search "Il tuo bacio è come un rock". 12

İstinadlar

Kateqoriya:Adriano Çelentanonun mahnıları Kateqoriya:1959-cu ilin sinqlları