— yapon dilində orijinal yaponca sözün iki və ya daha çox kanci ilə yazılması üsulu. Oxunuş bütün birləşməyə verilir və sözün hansı hissəsinin hansı heroqlifə aid olduğunu müəyyən etmək mümkün deyil. Bu zaman heroqliflərin standart oxunuşları adətən nəzərə alınmır, lakin onların mənaları sözün mənasına uyğun gəlir.

Toponimlərdə

Cyukucikun oxunuşuna bir çox yapon toponimləri və şəxsi adlarda rast gəlinir. Çox vaxt heroqliflərin tərkibindəki mənalar oxunuşlarından uzaq olur. Məsələn, Yaponiyanın qədim adı Yamato 大和 () şəklində yazılır, onun qədim paytaxtı Asuka isə 飛鳥 () kimi ifadə olunur. Bu, ritsuryo sisteminin tətbiq edilməsi dövründə baş vermişdir. O zaman bütün yapon toponimlərinə Çin üslubunda iki heroqlifli adlar verilmiş, lakin qədim yapon adları saxlanmış və həmin heroqliflərin oxunuşu kimi qəbul edilmişdir.

İstinadlar

Kateqoriya:Kanci Kateqoriya:Yapon yazı sistemi