Propithecus tattersalli — İndrilər fəsiləsinə aid lemur növü.
Ümumi məlumat Propithecus tattersalli əsasən ağ xəzi, qabarıq tüklü qulaqları və qızılı-narıncı rəngli tacı ilə xarakterizə olunan orta ölçülü lemurdur. Madaqaskar üçün endemikdir. O, indrilər arasında nisbətən kiçik ölçülüdür: təxminən 3,5 kq çəkiyə və başdan quyruğa qədər 90 sm uzunluğa malikdir. Bütün indrilər kimi, o da şaquli şəkildə yapışaraq hərəkət edir və əsasən toxum və yarpaqlarla qidalanır. Propithecus tattersalli ilk dəfə 1974-cü ildə bu növü kəşf edən İan Tattersallın şərəfinə adlandırılmışdır. Lakin növ rəsmi olaraq 1988-ci ildə Elvin L.Simonsun rəhbərlik etdiyi bir araşdırma qrupu tərəfindən müşahidə edilib və əsarətə alınaraq təsvir edilmişdir. Propithecus tattersalli ən çox P.verreauxi qrupuna aid qərb meşə indrilərinə bənzəyir, lakin onun kariotipi şərq meşə indriləri olan P. diadema qrupu ilə daha yaxın əlaqəni göstərir. Hər iki qrupla oxşarlıqlarına baxmayaraq, onun kariotipi üzrə daha yeni tədqiqatlar bu növün ayrı bir növ kimi təsnif edilməsini dəstəkləyir.
Propithecus tattersalli əsasən gündüz fəallıq göstərir, lakin tədqiqatçılar yağış mövsümündə (noyabrdan aprelə qədər) səhər tezdən və axşam vaxtı (alacaqaranlıq vaxtı) fəaliyyət müşahidə etmişlər. Qəfəsdə gecə vaxtı qidalandığı müşahidə edilmişdir. O, gündə 461,7-1.077 m məsafə qət edir, bu, şərq meşələrindəki digər indirilərlə müqayisədə orta səviyyədir. Propithecus tattersalli quraq mövsümdə (maydan oktyabra qədər) meşə örtüyündə daha yüksəkdə qidalanmaq və istirahət etmək müşahidə edilə bilər. Gecələr meşənin daha hündür ağaclarında (yüksək qatda) yatır.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Primate Info Net Eastern Sifakas Factsheet
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Afrika məməliləri