Qədəki evi — Qacarlar dövründə Təbrizdə tikilmiş ev və tarixi abidə. Hazırda Təbriz İslam İncəsənəti Universitetinin bir korpusu kimi fəaliyyət göstərir və tarixi abidə kimi qorunur.

Haqqında Qacarlar dövründə tikilmiş ev Təbrizin Maqsudiyyə məhəlləsində yerləşir. Tarixi sənədlərə əsasən evin 240 illik tarixi var və o Təbrizdə dağıdıcı zəlzələlərdən salamat çıxmış nadir binalardan biridir. Qədəki evi divar rəsmləri, güzgü işləmələri, suvaq və hörgü bəzəkləri ilə bəzədilib.

Ev 1997-ci il aprelin 12-də Behnam evi və Gəncei evləri ilə birlikdə 1850 nömrəsi ilə İranın Milli Abidələr siyahısına əlavə edilib.

Hazırda Təbriz İslam İncəsənəti Universitetinin bir korpusu kimi fəaliyyət göstərir. Ev universitetin korpusu kimi fəaliyyət göstərsə də turistlərin ziyarətinə açıqdır.

Şəkilləri

İstinadlar

Kateqoriya:Təbriz abidələri Kateqoriya:Təbriz muzeyləri Kateqoriya:Azərbaycanın tarixi evləri Kateqoriya:Qacarlar dövründə tikilən abidələr Kateqoriya:İran memarlığı