Mişar Adam. Film: Rezenin hekayəsi, Yaponiyada tanınan adı ilə – Tatsuki Fucimotonun "Chainsaw Man" manqa seriyasına əsaslanan, 2025-ci ildə buraxılmış qaranlıq fentezi döyüş anime filmi. Anime serialı adaptasiyasının birbaşa sikveli olan və "MAPPA" studiyası tərəfindən çəkilən filmin rejissoru Tatsuya Yoşihara, ssenaristi Hiroşi Seko və bəstəkarı Kensuke Uşiodur. Film orijinal manqanın 5-ci və 6-cı tankobon cildlərində baş verən "Bomba qızı" hekayə arkını əhatə edir. Mişar adam olan Denci yenicə tanış olduğu Bomba iblisi Reze ilə olan münasibətlərinə aydınlıq gətirməyə çalışır.

"Mişar Adam: Rezenin hekayəsi" filminin Yaponiyada premyerası 19 sentyabr 2025-ci ildə baş tutmuşdur. Film Azərbaycan kinoteatrlarında 30 oktyabr 2025-ci ildə buraxılmışdır.

Məzmun Katana adamın məğlub edilməsindən sonra İctimai Təhlükəsizlik Bürosunun lideri Makima fanatik Köpəkbalığı iblisi Bimi Mişar adam olan Dencinin yeni müvəqqəti partnyoru təyin edir; belə ki, onun mütəmadi Paverin artıq qanı çəkilməlidir. Makima Dencini görüşə dəvət edir və onu film marafonuna aparır. Onlar izlədikləri heç bir film bəyənməsələr də, sonuncu izlədikləri filmdə ağlayırlar. Görüş zamanı Makima Dencinin ürəyinin hiss edə bildiyini bildirir.

Denci ətrafı patrullayarkən fırtınaya yaxanalanır və telefon köşkünə sığınır. Bu zaman burada Reze adlı bir qızla tanış olur və Rezenin dəvəti ilə onun işlədiyi kafeyə gedir. Rezenin davranışlarını görən Denci Rezenin ona aşiq olduğunu düşünür, lakin Makimaya qarşı hisləri onda konflikt yaradır. Eyni zamanda, Mələk iblisi iblis ovçusu Akinin yeni partnyoru təyin olunur. Mələk iblisi toxunduğu hər bir kəsin ömrünü qısaltma qabiliyyətinə malikdir. Mələyin insanlara qarşı tənbəlliyi və apatiyası onlar arasındakı münasibətlərin gərginləşməsinə səbəb olur.

Denci və Reze gecə gizlicə məktəbə soxulurlar. Onlar soyunub açıq hovuza daxil olurlar və Reze Denciyə üzməyi öyrədir. Tualetə gedən Reze qəflətən Dencini öldürmək istəyən sui-qəsdçinin hücumuna məruz qalır. Reze özünü zəif kimi göstərib dərhal onu öldürür və sui-qəsdçi ilə əməkdaşlıq edən Tayfun iblisini müttəfiqi edir. Növbəti gün festivalda atəşfəşanlığı seyr edərkən Reze Denciyə onunla birlikdə qaçmasını təklif edir. Denci tərəddüd edir və Reze onun həyatında başqa bir qadın olduğunu başa düşür. Reze onu öpür, dilini dişləyib çıxarır, ağır yaralayır və əsl kimliyinin Bomba iblisi olduğunu üzə çıxarır.

Bim yaralı Dencinin köməyinə çatır və onu Rezedən uzaqlaşdıraraq İctimai Təhlükəsizlik Bürosunun ofisinə gətirir. Burada Aki və Mələklə qarşılaşırlar. Reze digər iblis ovçularını öldürərkən dördü maşına minib qaçmağa çalışır. Reze onları təqib etməyə başlayır və dirilən Denci ona hücum edir, lakin asanlıqla məğlub olur. Aki və Zorakılıq ifriti Rezeni püskürtməyə çalışır, lakin Tayfun iblisi Rezeyə kömək etməyə gəlir. Mələk yaxınlıqdakı bir qurbanın qanından istifadə edərək Dencini dirildir. Denci döyüşmək üçün Bimə at kimi minmək qərarına gəlir. Döyüş zamanı Tayfun iblisi Mələyi özünə tərəf çəkir və Aki onun köynəyindən tutur. Mələk ölmək istəsə də, Aki onun yalın əlindən tutaraq xilas edir.

Denci və Bim Tayfun iblisini öldürürlər, lakin Reze Bimi ağır yaralayır. Denci ilə Reze arasındakı son döyüş sahildə baş verir. Denci zəncirlərindən istifadə edərək Rezeni özünə bağlayır və güclərindən istifadə etməməsi üçün özünü onunla birlikdə dənizə atır. Bim onları dəniz yatağından çıxarıb sahilə gətirir. Sahildə oyanan Reze tapşırığının uğursuzluqla nəticələndiyini və Denciyə qarşı heç nə hiss etmədiyini bildirir. Denci onunla birlikdə qaçmağı təklif edir və növbəti gün onu kafedə gözləcəyini bildirir.

Növbəti gün iblis ovçusu Kişibe Aki ilə söhbət edərkən Rezenin sovet casusu olduğunu və uşaqlıqdan etibarən üzərisində təcrübələr aparıldığını bildirir. Reze qaçmağa hazırlaşarkən son anda fikrini dəyişir və Denci ilə kafedə görüşməyə gedir. Lakin kafeyə çatmağa az qalmış Makima və Mələk tərəfindən öldürülür. Reze son anlarında Dencini öldürmədiyi üçün peşmanlıq duymadığını və onun da heç vaxt məktəbə getmədiyini bildirir. Titrlərdən sonrakı səhnədə kafedə hələ də Rezeni gözləyən Dencinin əlində çiçək buketi var. Kafeyə gələn Paver çiçəklərin onun üçün olduğunu düşünür və buketi istəyir. Denci buketi vermək yerinə yeyir.

Heyət

Personaj Səsləndirən Kikunosuke Toya Reyna Ueda Fayruz Ay Tomori Kusunoki Şoqo Sakata Şiori İzava Karin Takahaşi Maaya Uçida Natsuki Hanae Yuya Uçida Eri Kitamura Kenciro Tsuda

İstehsal "MAPPA" studiyasının prezidenti Manabu Otsuka müsahibəsində bildirmişdir ki, onlar daha çox izləyicinin Reze arkından zövq almasını isstədikləri üçün hekayəni anime serialı kimi yox, film kimi buraxmağa qərar vermişdirlər. O, bu seçimin gəlirlə bağlı olmadığını bildirmişdir.

Filmin rejissoru Tatsuya Yoşihara anime serialı adaptasiyasında döyüş səhnələrinin rejissoru, 4-cü və 10-cu seriyaların rejissoru olmuşdur. O, filmin rejissoru olmaq təklfini qəbul etməkdə tərəddüd etmiş, lakin manqanı çox sevdiyi üçün təklifi qəbul etmişdir. Köməkçi rejissor Masato Nakazono da anime serialının rejissorlarından biri olmuşdur. Filmin istehsal prosesinin başlamasından öncə onlar animasiya komandası ilə müzakirə apararaq manqadakı hekayənin ən yaxşı elementlərini animasiyada əks etdirməyin yollarını axtarmışdırlar. Onlar personajları çəkərkən dizaynlarını manqadakı stilə daha çox uyğunlaşdırmağa qərar vermişdirlər. Manqadakı hovuz və atəşfəşanlıq kimi yaddaqalan səhnələrdə anime üçün unikal olan hislər yaratmaq istəmişdirlər. Personajların manqadakı dizaynlarına sadiq qalmaq üçün qeydlər yaratmış və istehsalçı komandanın üzvləri arasında paylamışdırlar. Gözlərdən vurğunu silmək, kölgələndirməni azaltmaq, geyimlərdəki qırışıqlıqları təsvir etməyin yolları bu cür qeydlər idi. Personajların rəngi üçün Makima və Paverin saçında rəngliliyi artırmışdırlar. Xüsusilə, izləyicilərdə daha çox təəssürat buraxması üçün Makimanın saçındakı qırmızını yenidən tənzimləmişdirlər.

Sota Şiqetsuku filmdəki döyüş səhnələrinin rejissoru təyin olunmuşdur. Yişihara ondan tayfun döyüşünü daha epik göstərməsini istəyəndə Şiqetsuku ona gözlədiyindən daha yüksək səviyyəli ideyalar təqdim etmişdir. Lakin montaj prosesi zamanı bəzi döyüş səhnələri kəsilmişdir.

Musiqi Anime serialı adaptasiyasının musiqisini bəstələmiş Kensuke Uşio filmin də musiqilərini bəstələmişdir. Anime serialında açılış mahnısını ifa etmiş Kenşi Yonezu filmin açılış mahnısı olan "Iris Out" mahnısını ifa etmişdir. Bağlanış mahnısı Yonezu və Hikaru Utada tərəfindən ifa olunan "Jane Doe" mahnısıdır. "Maximum the Hormone" qrupu tərəfindən ifa olunan "Hawatari Nioku Centi" mahnısının "Hawatari Nioku Centi (70% Unlocked Edit)" adlı uzun versiyası filmdə daxili mahnı kimi istifadə etmişdir. Belə ki, bu mahnının qısa versiyası anime serialı adaptasiyasının üçüncü bağlanış mahnısı kimi istifadə olunsa da, mahnının tam versiyasında Rezenin adı keçdiyi üçün film buraxılışına qədər tam versiyası buraxılmamışdır. Filmdə rus dilində səslənən "Jane slept in the church" mahnısı Reyna Ueda tərəfindən ifa olunmuşdur.

Buraxılma Filmin buraxılışından öncə 5 sentyabr 2025-ci ildə anime serialı adaptasiyasındakı əsas hadisələri özündə birləşən ikihissəli xülasə filmi buraxılmşdır. Bu buraxılışa manqadakı bonus fəsillərin adaptasiyası olan, anime serialında yer almayan "Chainsaw Days" adlı anime də daxil edilmişdir.

Filmin Yaponiya premyerası 19 sentyabr 2025-ci ildə baş tutmuş və "Toho" tərəfindən 61 IMAX kinoteatrında buraxılmışdır. Filmin kinoteatr buraxılışı hüquqları "Sony Pictures Entertainment" tərəfindən satın alınmış və 80-dən çox ölkədə 24 sentyabrda, ABŞ-də 24 oktyabrda, Birləşmiş Krallıqda 29 oktyabrda buraxılmışdır. Filmin Azərbaycanda premyerası 30 oktyabrda baş tutmuşdur.

Qəbul "Mişar Adam. Film: Rezenin hekayəsi" filmi açılış həftəsində Yaponiya kinoteatrlarında birinci yerdə debüt etmişdir. Açılış həftəsində film üçün 807 min bilet satılmış və 1.251.178.500 yen gəlir əldə edilmişdir. 2025-ci il ərzində Yaponiyada 10,01 milyon yen gəlir əldə etmiş, film üçün 6,55 milyon bilet satılmışdır.

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Chainsaw Man Kateqoriya:2025-ci ilin anime filmləri Kateqoriya:Manqalara əsaslanan anime filmləri Kateqoriya:Qaranlıq fentezi anime və manqaları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:MAPPA Kateqoriya:Yaponca filmlər Kateqoriya:Anime filmləri