OurBaku (; ) — Bakının tarixinə həsr olunmuş rusdilli informasiya saytı. Administratorları və baş redaktorları Sergey Koltunov, Tatyana Speranskaya və İrina Rotedir. Onlar materialları müxtəlif inqilabqabağı və sovet dövrü arayış kitabları, nəşrlər, dövri mətbuat, xatirələr və s. mənbələr əsasında dərc edirlər. Eyni zamanda sayt digər qeydiyyatdan keçmiş istifadəçilərin birgə redaktə etməsinə imkan verir. Sayt 2009-cu il martın 8-də yaradılmış və Almaniyada "Our Baku e.V." cəmiyyəti kimi rəsmi qeydiyyatdan keçmişdir.

Sayt Azərbaycan internet mükafatı "NETTY"nin "Azərbaycan" kateqoriyasında dörd dəfə finalçı olmuşdur. Bakı və bakılılar haqqında ən populyar informasiya saytlarından biri hesab olunur, xüsusilə mühacirlər arasında geniş oxunur. Sayt müəlliflərinin bəzi nəşrləri Azad Berlin Universitetinin Refubium repozitoriyasında nəşr edilmişdir.

İstinadlar

Xarici keçidlər "Refubium"da nəşr olunanlar

Kateqoriya:Rus dilində veb-saytlar Kateqoriya:Azərbaycan veb-saytları