Karl Klarens Kinq (; ) — ABŞ Nümayəndələr Palatasının Pensilvaniya ştatından olmuş Respublikaçı üzvü.

Bioqrafiyası Karl K. Kinq Kanzas ştatının Plevna şəhərində anadan olmuşdur. O, Kanzas ştatının Emporiya şəhərindəki Müəllimlər Kollecində, Nyu-York şəhərindəki Kolumbiya Universitetində və Vorton Biznes Məktəbində təhsil almışdır.

Birinci Dünya Müharibəsi zamanı Kinq ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət etmişdir. O, Kanzas-Siti, Nyu-York və Filadelfiyada qəzet müxbiri kimi çalışmışdır. O, 1922-ci ildə Pensilvaniya ştatının Baks qraflığının Morrisvill borosunda əkinçilik və təsərrüfat təchizatı biznesi ilə məşğul idi.

Kinq, Albert K. Vonun ölümündən sonra yaranan boşluğu doldurmaq üçün 6 noyabr 1951-ci ildə xüsusi seçkilər zamanı 82-ci Konqresə Respublikaçı nümayəndə kimi seçildi. O, sonrakı iki Konqresə yenidən seçildi, lakin 1956-cı ildə yenidən namizədliyini irəli sürmədi. O, "Çöl itləri və postulatları" () adlı özünün avtobioqrafiya kitabnını müəllifidir.

İstinadlar

Kinq Kinq