Aşiq Ahu (Qaraoğlu) – XVII əsrdə yaşamış aşıq.
Əsl adı Əli olan aşıq Diyarbəkirdə anadan olmuşdur. Ahu "Qaraoğlu" ləqəbli aşıq üslubunda yazdığı şeirləri ilə də məşhurdur. Səsi və avazı gözəl olan aşıq haqqında mənbələrdə "yaşadığı dövrün bağçasının xoş sədalı bir bülbülü"Ali Emîrî. Tezkire-î Şuarâ-yı Âmid. İstanbul, 1910, s.113 deyilərək bəhs edilir.
Ahu dərvişliyə və bəkdaşiliyə meyil edən yeniçəri aşıqlardandır. Müxtəlif mənbələrdə aşığın küliyyatına rast gəlmək mümkündürVasfi Mahir Kocatürk. Tekke Şiiri Antolojisi. Buluş Kitabevi, Ankara, 1955, s.326 O, eyni zamanda bir neçə ilahların də bəstəkarıdırŞevket Beysanoğlu. Diyarbakırlı Fikir ve Sanat Adamları, Birinci Cilt, San Matbaası, Ankara, 1996, s.131 Elə məhz ona görə də Ahudan bəhs edən tədqiqatçılar onu həm də musiqişünas kimi qələmə verirlər.
Tarixçi Hammer Osmanlı şairlərinə həsr etdiyi "Cameyi Mahasini Zürəfayı Əhli Zevk vəl irfân fi təracim-i Şuarayi dövləti Ali Osman" adlı təzkirəsində Ahudan bəhs edərək onun Sultan IV Mehmetin xanəndələrindən olduğunu qeyd etmişdir. Onu "Şərqiyyat məcmuəsi"nin sahibi və şairlərin şeyxi adlandırmışdır.Bülent Akın. IV. Murat ve IV. Mehmet Hânendeleri Arasında Diyarbakırlı Bir Alevi-Bektaşi Âşik: Âhû Baba (Karaoğlu) Türk Kültürü Ve Haci Bektaş Veli Araştırma Dergisi / 2011 / 59, s.282 Bu məlumat üzərinə bir çox tədqiqatçılar "Şərqiyyat məcmuəsi"nin sahibi haqqında heç bir məlumat əldə edə bilməməklə yanaşı, Ahunun başqa şeirlərinə də rast gəlmədiklərini yazırlarAli Emîrî. Tezkire-î Şuarâ-yı Âmid. İstanbul, 1910, s.113–114
"Önüncə" dastanı Tarixə adını "Önüncə" dastanı ilə yazan aşığın Rusiya-Türkiyə müharibələrinin birində iştirak etdiyi güman edilir. Çünki bu dastanın məhz Rusiya-Türkiyə müharibələrini söylənildiyi düşünülür. "Önüncə" dastanı bəzi qaynaqlarda "Dastan-i İslam padşahı" adı ilə də tanınır. Dastanın dili ərəb-fars sözləri ilə zəngindir. Dastanda aşıq Allahı, Peyğəmbəri (ə.s.) və onun övliyalarını Türk ordusunun verdikləri ağır mücadilələrə yardım etməyə çağırır.
İstinadlar
Həmçinin bax Ali Emîrî. Tezkire-î Şuarâ-yı Âmid. İstanbul, 1910, s.113 Vasfi Mahir Kocatürk. Tekke Şiiri Antolojisi. Buluş Kitabevi, Ankara, 1955, s.326 Şevket Beysanoğlu. Diyarbakırlı Fikir ve Sanat Adamları, Birinci Cilt, San Matbaası, Ankara, 1996, s.131 Bülent Akın. IV. Murat ve IV. Mehmet Hânendeleri Arasında Diyarbakırlı Bir Alevi-Bektaşi Âşik: Âhû Baba (Karaoğlu) Türk Kültürü Ve Haci Bektaş Veli Araştırma Dergisi / 2011 / 59, s.282 Ali Emîrî. Tezkire-î Şuarâ-yı Âmid. İstanbul, 1910, s.113–114 Qumru Şəhriyar. Türk xalq ədəbiyyatının zirvəsi: Aşıq Ahu (Qaraoğlu). "Dədə-Qorqud" elmi-ədəbi toplusu, 2015(4), s.154–162
Kateqoriya:Türkiyə aşıqları