Adolf Aqay (ilkin soyadı – Rozentsveyq (); ; ) — macar-yəhudi yazıçı və jurnalist.
Həyatı Adolf Rozentsveyq Macarıstanın Yanoşhalma şəhərində idiş dilində danışan yəhudi ailəsində anadan olmuşdur. Atası Yozef Rozentsveyq on üç yaşında Qalisiyadan Macarıstana mühacirət etmiş, orada tibb təhsili almış, həkim olmuş və asfiksiya haqqında bir kitab yazmışdır, hansı ki macar siyasətçisi Qabor Klauzalın maliyyə köməyi ilə nəşr olunmuşdur. O, həmçinin macar ədəbiyyatı və poeziyası əsərlərini, o cümlədən "Çağırış" () və Şandor Petőfinin əsərlərini ivrit dilinə tərcümə etmişdir. Ailə 1848-ci ildə soyadını "Aqay" macar soyadınına dəyişmək qərarını verdi.
Aqay Vyanada həkim kimi təhsil almış və daha sonra Budapeştdəki bir xəstəxanada çalışmışdır. Onun "Antuanetta" ("") adlı ilk ədəbi əsəri 1854-cü ildə "Hölgyfutár" jurnalında dərc olunmuşdur. O, bu jurnal və " Vasárnapi Újság" qəzeti üçün Vyanadan məktublar yazırdı (1854–1881) və ara sıra "Wanderer, Gartenlaube, and Fliegende Blätter" üçün də əsərlər yaradırdı. 1865-ci ildə "Porzó" təxəllüsü ilə o, pafosu və yumoru ilə diqqət çəkən bir sıra felyetonlar yazdı.
O, yazı və redaktə ilə daima məşğul olmaq üçün 1868-ci ildə tibb üzrə karyerasını dayandırdı. 1870-ci ildən 1879-cu ilə qədər o, "Nagyvilág" qəzetində redaktorluq etmiş və 1871-ci ildə "Borsszem Jankó" adlı həftəlik komiks qəzetini təsis etmişdir, 1900-cü ildə həmin qəzetin redaktoru olmuşdur. Onun yaratdığı yumoristik personajlar, xüsusən də yəhudi karikaturası "Seifensteiner Salamon" Macarıstanda məşhur idi. 1871-ci ildə Aqay ölkəsinin gəncləri üçün təsis etdiyi "Kis Lap" jurnalının redaktoru oldu. Həmin jurnalda o, "Forgó Bácsi" təxəllüsü altında əsərlər yazırdı. Onun "Borsszem Jankó" əsərinin müxtəlif yumoristik personajların adları altında nəşr olunan illik təqvimləri geniş kütləyə çatmışdır. Aqay uğurlu mühazirəçi idi və alman və fransız kitablarını macar dilinə tərcümə etmişdir. O, Kişfaludi cəmiyyəti və Macar-Yəhudi ədəbi cəmiyyətinin üzvü idi.
İstinadlar
Kateqoriya:XIX əsrin Macarıstan romançıları Kateqoriya:XIX əsr macar yəhudiləri Kateqoriya:XX əsr macar yəhudiləri Kateqoriya:XX əsrin Macarıstan romançıları Kateqoriya:Macarıstan redaktorları Kateqoriya:Yəhudi jurnalistlər Kateqoriya:Avstriya-Macarıstan jurnalistləri