Cant del Barça () — Barselona FK-nın rəsmi himni. Himn 1974-cü ildə klubun 75 illiyi münasibətilə sifariş olunub. Mətnini Jaume Pikas və Josep Maria Espinas yazıb, musiqisini isə Manuel Vals bəstələyib.

Himn rəsmi olaraq 27 noyabr 1974-cü ildə Kamp Nouda, Barselona FK ilə Şərqi Almaniya arasındakı matç öncəsi təqdim olunub. 3,500 nəfərlik xor Oriol Martorel tərəfindən idarə olunub. 28 noyabr 1998-ci ildə, klubun yüzilliyi zamanı, onu Kataloniyalı müğənni-bəstəkar Joan Manuel Serrat Kamp Nouda keçirilən festivalın sonunda ifa edib. 2008-ci ildən etibarən Cant del Barça rəsmi Barcelona formalarının üzərində çap olunur.

İstinadlar

Kateqoriya:Barselona FK Kateqoriya:1974-cü ilin mahnıları Kateqoriya:Futbol mahnıları və nəğmələri