Qətər Dövlətinin əmiri ( ərəb. أمير دولة قطر ) — Qətərin monarxı və Dövlət başçısı. Əmir həm də Silahlı Qüvvələrin baş komandanı və konstitusiyanın təminatçısıdır. Qətər əmiri ölkədə ən qüdrətli vəzifəni tutur, dövlət hakimiyyətinin bütün qollarına nəzarət edir və xarici əlaqələrdə görkəmli rola malikdir.
Qətər əmirlər Ərəbistan yarımadasının ən böyük tayfalarından biri olan Bəni-Təmim qəbiləsinə mənsub Tani nəslinin (Al Sani sülaləsi) nümayəndələridir. Hazırkı hökmdar 2013-cü il iyunun 25-də taxta çıxan Təmim bin Həməd Al Tanidir.
Tarixi Qətərin bütün əmirləri Al Tani sülaləsinin üzvlərindən olub.Qatar's Rulers. Amiri Diwan. Retrieved 11 July 2022.His Highness Sheikh Tamim bin Hamad Al Thani. Amiri Diwan. Retrieved 11 July 2022. Şeyx Məhəmməd bin Tani 1851-ci ildə ölkə qəbilələrini öz rəhbərliyi altında birləşdirən zaman hakimiyyətinə başlayan ilk hökmdar kimi tanınır.Sheikh Mohammed Bin Thani . Amiri Diwan. Retrieved 11 July 2022.
Qətər 1871-ci ildə Osmanlı imperiyasının bir hissəsi oldu. Buna baxmayaraq, Şeyx Məhəmməd onun daxili işlərinə nəzarəti saxladı.
1893-cü ilin martında Əl-Vəcbə döyüşü baş vermişdi və ikinci hökmdar Şeyx Casim bin Məhəmməd Əl Taninin ordusu qələbə qazanmışdı. Qələbədən sonra Şeyx Casim bin Məhəmməd Əl Tani 1913-cü ilin iyuluna qədər Qətərin Osmanlı İmperiyasının tərkibində qalmasına baxmayaraq, Qətər Dövlətinin qurucusu kimi tanındı.Sheikh Jassim Bin Mohammed Bin Thani . Amiri Diwan. Retrieved 11 July 2022.
Osmanlı İmperiyası 1915-ci ilin avqust ayına qədər Qətərdə hərbi mövcudluğunu saxladı. Şeyx Abdulla bin Casim Əl Tani 3 noyabr 1916-cı ildə İngiltərə-Qətər müqaviləsini imzaladı.
Şeyx Abdulla 1913-cü ildən 1949-cu ilə qədər Qətərin hökmdarı olub. Qətərin ilk neft quyusu 1938-ci ilin oktyabrında qazıldı və 1940-cı ilin yanvarında Duhan şəhərində neft tapıldı.Sheikh Abdullah Bin Jassim Al Thani . Amiri Diwan. Retrieved 11 July 2022.
Qətər 3 sentyabr 1971-ci ildə müstəqil dövlət oldu və o vaxtdan Qətər hökmdarı Əmir adlanır.Sheikh Ahmad Bin Ali Al Thani . Amiri Diwan. Retrieved 11 July 2022.
Konstitusiyada rolu və səlahiyyətləri Qətər rəsmi olaraq Konstitusiyalı monarxiya dövlətidir.BBC News, How democratic is the Middle East? , 9 September 2005.United States Department of State Country Reports on Human Rights Practices for 2011: Qatar , 2011., lakin əmir və ailəsi tərəfindən saxlanılan geniş səlahiyyətlər onu mütləq monarxiyaQatar shows how to manage a modern monarchy"Embassy of Canada to the State of Qatar". və avtokratiya idarəetmə sistemi ölkəsi edir.
Əmir icra, qanunvericilik və məhkəmə orqanlarında əsas rola malikdir və həmçinin orduya nəzarət edir.
İcra hakimiyyəti Əmir və ailəsi hakimiyyətə mübahisəsiz nəzarət edir. Qətər Məşvərət şurası bəzi müəyyən sahələrdə səlahiyyətlərinə malik olmasına baxmayaraq,"Qatar: Freedom in the World 2024 Country Report". onun bütün üzvləri əmir tərəfindən təyin edilir.Qataris votes to end limited polls for legislative seats in shadow of US election
Əmir ölkənin əsas icra hakimiyyəti orqanı olan Nazirlər Kabinetini təşkil edən Baş naziri və digər nazirləri təyin etmək və dəyişdirmək üçün müstəsna səlahiyyətə malikdir.COUNCIL OF MINISTERS
Qanunverici orqan 2003-cü ildə Qətər qanunverici orqanın 45 üzvündən 30-nun birbaşa seçilməsini nəzərdə tutan konstitusiya qəbul etdi. Bununla belə, qanunverici orqanın əmirin qanunları rədd etmək və nazirləri vəzifədən azad etmək səlahiyyətləri məhduddur.Political Stability: the Mysterious Case of Qatar Təxminən 20 il təxirə salındıqdan sonra Qətərdə 2021-ci ilin oktyabrında ilk Parlament seçkiləri keçirildi.Qatar’s first elected parliament may have more power than other Persian Gulf legislatures. Here’s why.Qatari elections: A PR stunt or a step toward democracy?Legislative elections in Qatar postponed until at least 2019
Məhkəmə hakimiyyəti Konstitusiyada məhkəmələrin müstəqilliyinə bəzi təminatlar verildiyi və hakimlərin yüksək dərəcəli hakimlərdən ibarət “Məhkəmə Ali Şurası” tərəfindən təyin olunmaq üçün irəli sürüldüyü halda, əmir bütün hakimləri təyin edir və “son nəticədə məhkəmə sisteminə nəzarət edir”.
Hərbi və Təhlükəsizlik orqanı Əmir Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. Bu titul onun bütün Qətər dövlətinin hərbi qoşunları üzərində son səlahiyyət rolunu təsbit edir. Qətər əmiri Quru Qoşunları, Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Qvardiyanın Baş Komandanıdır.Al Meezan - Qatary Legal Portal | Legislations | The Permanent Constitution of the State of Qatar".
Varislik Qətər Dövlətinin 2005-ci ildə nəşr olunan daimi konstitusiyası hakimiyyətin irsi olduğunu və Həməd ibn Xəlifə Al Taninin nəslinə aid olduğunu təsbit edir. Konstitusiya əmirin Al Tani hakim ailəsinin üzvləri ilə məsləhətləşərək kişi övladları arasından vəliəhd şahzadə təyin etməli olduğunu diktə edir. Vəliəhd olaraq təyin olunmaq üçün namizəd müsəlman olmalı və anası Qətərli olmalıdır. Əgər hakim əmirin uyğun kişi övladı yoxdursa, əmir vəliəhdi daha geniş Al Tani ailəsinin uyğun üzvləri arasından seçilməlidir.
Qətərin keçmiş əmiri şeyx Həməd bin Xəlifə Al Tani dördüncü oğlu şeyx Təmim bin Həməd Al Tanini böyük oğlu şeyx Casim bin Həməd Al Taninin (1996-2003-cü illər arasında vəzifədə olan) şeyxin taxt-tacdan imtina etməsindən sonra 5 avqust 2003-cü ildə varis təyin etdi.
Əmirlər arasında əvvəlki iki hakimiyyət keçidi çevrilişlər nəticəsində baş vermişdi. Həməd bin Xəlifə 1995-ci ilin iyununda, atası İsveçrənin Cenevrə şəhərində səfərdə olarkən qansız saray çevrilişi nəticəsində atası əmir Xəlifə bin Həmədin yerinə keçmişdi.PRINCE DEPOSES FATHER IN QATAR PALACE COUPBackstory: The royal couple that put Qatar on the map 1972-ci ilin fevralında Xəlifə özü də öz əmisi əmir Əhməd bin Əli Al Tanini oxşar şəraitdə əvəz etmişdi.
Hökmdarların siyahısı Şəkil Adı Doğum tarixi Vəfat tarixi Hakimiyyətinin başlanğıcı Hakimiyyətinin sonu Hakim ailə 100px|center Məhəmməd bin Tani Al Tamiثاني بن محمد آل ثاني 1788 – dekabr 18 dekabr 1878 1851 1850 Dövlətin qurucusu 100px|center Casim bin Məhəmməd Al Tani(I Мəhəmməd )جاسم بن محمد آل ثاني 1825 17 iyul 1913 18 dekabr 1878 17 iyul 1913 Al Tani100px|center Əhməd bin Məhəmməd Al Taniحمد بن محمد بن ثاني 1853 – dekabr 1905File 160/1903 'Persian Gulf: El Katr; appointment of Turkish Mudirs; question of Protectorate Treaty with El Katr' 1898 1905 Al Tani 100px|center Məhəmməd bin Cassim Al Tani(II Məhəmməd )محمد بن جاسم آل ثاني 17 yanvar 1881 8 aprel 1971 1913 1914 Al Tani 100px Abdulla bin Cassim Al Taniعبد الله بن جاسم آل ثاني 11 fevral 1880 25 aprel 1957 17 iyul 1914 20 avqudt 1949 Al Tani Əli bin Abdullah Al Taniعلي بن عبد الله آل ثاني 5 iyun 1895 31 avqust 1974 20 avqust 1949 24 oktyabr 1960 Al Tani100px|center Əhməd bin Əli Al Taniأحمد بن علي آل ثاني 1922 25 noyabr 1977 24 oktyabr 1960 22 fevral 1972 Al Tani100px|center Xəlifə bin Həməd Al Taniخليفة بن حمد آل ثاني 17 sentyabr 1932 23 oktyabr 2016 22 fevral 1972 27 iyun 1995 Al Tani100px|center Həməd ibn Xəlifə Taniحمد بن خليفة آل ثاني 1 yanvar 1952 27 iyun 1995 PRINCE DEPOSES FATHER IN QATAR PALACE COUP 25 iyun 2013 Al Tani 100px|center Təmim ibn Həməd Al Taniتميم بن حمد آل ثاني 3 iyun 1980 25 iyun 2013 Hazırkı Al Tani
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Monarx siyahıları Kateqoriya:Qətər əmirləri Kateqoriya:Qətərin dövlət quruluşu Kateqoriya:Fars körfəzi ölkələri Kateqoriya:Orta Şərq dövlətləri Kateqoriya:Yaxın Şərq dövlətləri Kateqoriya:İslam dövlətləri Kateqoriya:Al Sani sülaləsi Kateqoriya:Qətər Kateqoriya:Əmirlər Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:Monarx siyahıları Kateqoriya:Qətər əmirləri Kateqoriya:Qətərin dövlət quruluşu