Qırmızı Onion ştat həbsxanası () — ABŞ-ın Virciniya ştatının Vayz qraflığında yerləşən yüksək təhlükəsizlik tipli həbsxana. Bu həbsxana 1998-ci ildə açılmışdır və əsasən maksimum təhlükəsizlik rejimində məhkumların saxlanıldığı müəssisə kimi fəaliyyət göstərir. Qırmızı Onion əsasən izolyasiya olunmuş kamera rejimi ilə tanınır və burada saxlanılan məhkumların böyük hissəsi günün 23 saatını təkbaşına kamerada keçirir. Bu həbsxana ABŞ cəza sistemi və insan haqları təşkilatları tərəfindən dəfələrlə tənqid edilmişdir.Frank Green, "Virginia's prison population forecast to rise", Richmond Times Dispatch, 7 January 2008."Monthly Population Summary: July 2011", Virginia Department of Corrections, accessed 7 November 2012. Tarixi Qırmızı Onion ştat həbsxanası 1998-ci ildə Appalaçi bölgəsində, işsizlik səviyyəsi yüksək olan Vise Kountidə tikilmişdir. Həbsxana tikilərkən yerli iqtisadiyyata töhfə vermək və yeni iş yerləri açmaq məqsədi güdülürdü.Red Onion State Prison, Commonwealth of Virginia, accessed 7 November 2012.
Burda maksimum təhlükəsizlik sistemi var. Həbsxana elektron nəzarət sistemləri, beton divarlar və dəmir qapılarla gücləndirilmişdir. Məhkumların çoxu gün ərzində 23 saat təkadamlıq kamerada qalır, 1 saat isə nəzarət olunan həyətə buraxılır. Uzunmüddətli izolyasiya məqsədli reabilitasiya proqramlarının olmaması səbəbindən məhbusların psixoloji sağlamlığına mənfi təsir edir. Bura "supermax" tipli həbsxana olduğu üçün burada ən təhlükəli məhkumlar saxlanılır.
Məhbuslar təkadamlıq kamerada saxlanılır və ailələri ilə görüşləri əsasən şüşə arxasından və ya video zəng vasitəsilə baş tutur. 24/7 video nəzarət – Hər bir məhkum kamera ilə izlənilir. Həbsxananın strukturuna görə məhbuslar arasında ünsiyyət demək olar ki, mümkün deyil. Bəzi məhbuslar bu şəraitin psixoloji işgəncəyə bərabər olduğunu bildirir. İnsan haqları təşkilatları isə həbsxananın izolyasiya rejimini sərt şəkildə tənqid edir.Business Journal of Upper East Tennessee and Southwest Virginia 5(11), December 1992.Gordon Wright, "Maximum security", Building Design and Construction 42(2), February 1999; accessed via ProQuest.
2011-ci ildə Virciniya Cəza Sistemi bəzi izolyasiya qaydalarını yumşaltmağa və məhkumlara daha çox sosial əlaqə yaratmağa imkan verməyə başladı. 2016-cı ildə "Solitary: Inside Red Onion State Prison" adlı sənədli film yayımlandı və həbsxanada baş verənlər cəmiyyətə daha geniş tanıdıldı."Red Onion State Prison: Best Practices in SuperMax/Extended Control/Special Management Units", Virginia Department of Corrections, accessed 8 November 2012. (Archive) İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ-də insan hüquqları