Tomas Kristian Südhof () — sinapsların tədqiqində ixtisaslaşan alman-amerikalı biokimyaçı və nevrobioloqdur. 2013-cü ildə Ceyms Rotmanhttps://modern.az/az/iqtisadiyyat/45672/bu-ilin-ilk-nobelleri-paylandi/ və Rendi Şekmanlahttps://big.az/150970-lk_Nobel_mukafatcilari_belli_oldu..html birlikdə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatına layiq görülmüşdür. T.K.Südhof həmçinin Stendford Universitetinin professoru, tibb məktəbi nəzdində isə "Südhof" laboratoriyasının rəhbəridir. T.K.Südhof-ABŞ Milli Elmlər Akademiyası (2002), Amerika Milli Tibb Akademiyası (2007), Leopoldina (2015) və Kral Cəmiyyətinin (2017) üzvüdür.
Bioqrafiya T.K.Südhof 1975-ci ildə Hannoverdə Valdrof məktəbini bitirmiş, Axena, Harvard Universiteti və Göttingen Universitetində ali təhsil almışdır. 1982-ci ildə Maks Plank Biofiziki Kimya İnstitutunda adrenalin və noreprifen hormonlarının formalaşdığı adrenalin xromaffin hüceyrələrinin struktur və funksiyalarına həsr edilmiş "Xromaffin qranullarının osmometrik davranışı və osmotik lizisi və ya sitoliz baxımından biofiziki quruluşu" adlı dissertasiya işini müdafiə etmişdir. Postdoktoral dərəcəsinə yiyələnən Südhof Dallasda Texas Universtetinin Cənub-Qərbi tibb mərkəzinin molekulyar-biologiya şöbəsinin gələcək Nobel laureatları Maykl Stüart Broun və Cozef Leonard Qoldenşteynin rəhbərliyi altında çalışmışdır. Orada o, LDL reseptorlarının klonlanmasını həyata keçirmişdir. Bundan sonra sinir sitemində siqnalların ötürülməsinin molekulyar əsaslarının tədqiqi ilə məşğul olmuş və 1991-ci ildə həmin universitetdə molekulyar genetika sahəsində professor vəzifəsinə yiyələnmişdir. 1995-1998-ci illərdə Maks Plank Cəmiyyətinin elmi üzvü və Göttingen Maks Plank Eksperimental Tibb İnstitutunun direktoru vəzifəsində çalışdıqdan sonra Dallasa qayıtmışdı. 2008-c ildə Stendford Universitetinə keçdikdən sonra molekulyar və hüceyrə fiziologiyası, psixatriya və nevrologiya sahələri üzrə professor vəzifəsinə yiyələnmişdir. 2013-cü ildə T.K.Südhof "hüceyrələrin əsas nəqliyyat sistemi olan vezikulyar nəqliyyatı tənzimləyən müxanizmlərin kəşfinə görə Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülmüşdür. Onun töhvəsi neyronlarda hüceyrə nəqlindəki zülalların öyrənilməsi ilə əlaqədar idi.
T.K.Südhof həmçinin Amerika İncəsənət və Elmlər Akademiyasının üzvüdür (2010).
Həyat yoldaşı-çin amerikalı alim Lyu Çendir.
Mükafatları və fəxri adları
(1997) (2004) (2008) Kavli mükafatı https://science.gov.az/az/news/open/13256 (2010) Fundamental Tibbi Tədqiqatlar üzrə Albert Lasker Mükafatı (2013) Tibb üzrə Nobel Mükafatı (2013) Hans Neurath Lecture (2016)
İstinadlar
Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Almaniyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Almaniya bioloqları Kateqoriya:XX əsr Almaniya şəxsləri Kateqoriya:XX əsr bioloqları Kateqoriya:XX əsr həkimləri Kateqoriya:ABŞ bioloqları Kateqoriya:Biokimyaçılar Kateqoriya:Professorlar Kateqoriya:Göttingen şəxsləri