Daryurd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Daryurd kənd inzibati ərazi dairəsində kənd. 24 iyun 2005-ci il tarixli 954-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Gədəbəy rayonunun Daryurd kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Kənd əvvəllər Salahlı adı ilə Novosaratovka kəndinin yaxınlığında olmuşdur. XIX əsrin ortalarında Novosaratovka kəndi salındıqdan sonra əhali həmin yerdən köçərək buradakı yurd yerlərində məskunlaşmışdır. Tədqiqatçılar oykonimi "darısqal, dar yurd" kimi izah edirlər. Yerli əhalinin məlumatına görə, kəndin əsl adı Töryurddur. Tör qədim türk dillərində "yüksək dağlıq ərazidə yerləşən otlaq" mənasındadır. Bu söz Azərbaycan dilinin qərb dialektində "yuxarı, baş" mənasında saxlanılmaqdadır.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Şahdağ silsiləsinin dağ tirələrindən birinin üstündə yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 927 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Gədəbəy rayonunun kəndləri