Ağdam Muğam Mərkəzi — Ağdam şəhərində yerləşən mədəniyyət mərkəzi. Mərkəzin tikintisinə 2023-cü ildə başlanılmış, açılışı isə 10 may 2025-ci ildə keçirilmişdir.
Tarixi Ağdam Muğam Mərkəzinin təməli 2 may 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. 2024-cü il fevralın 18-də onlar mərkəzdə görülən tikinti işlərinin gedişi ilə tanış olublar. Tikinti işlərinin yekunlaşmasından sonra 10 may 2025-ci ildə mərkəzin açılışı baş tutmuşdur.
Xüsusiyətləri Mərkəz 1,4 hektar ərazidə inşa edilmişdir. Binanın birinci mərtəbəsində kafe, kinozal, kitabxana və iki rəqs zalı yerləşir. Buradakı konsert zalı 474 tamaşaçı yerinə malikdir. İkinci mərtəbədə inzibati otaqlar, iclas zalı, müəllim və müdir otaqları, eləcə də sərgi salonu yaradılmışdır.
Mərkəzdə 15 dərs otağı fəaliyyət göstərir. Ərazidə ümumi sahəsi 1250 kvadratmetr olan, 615 tamaşaçı tutumuna malik açıq amfiteatr da inşa edilmişdir.
İstinadlar
Kateqoriya:Ağdamdakı binalar və tikililər Kateqoriya:Muğam Kateqoriya:Azərbaycanda konsert zalları Kateqoriya:İkinci Qarabağ müharibəsi sonrası edilən quruculuq işləri