Avropa İttifaqı vətəndaşlığı — Avropa İttifaqına (Aİ) üzv olan dövlətlərin bütün vətəndaşlarına verilən hüquqi status. O, rəsmi olaraq 1992-ci ildə Maastrixt sazişinin qəbulu ilə, Aİ-nın yaradılması ilə eyni vaxtda yaradılmışdır. Aİ vətəndaşlığı milli vətəndaşlığa əlavədir, lakin onu əvəz etmir. Üzv dövlətlər tərəfindən razılaşdırılmış Avropa İttifaqının müqavilələri onun konstitusiya strukturunu təşkil edir.

Aİ vətəndaşlarının Avropa Birliyi daxilində hərəkət azadlığı, məskunlaşma və məşğulluq azadlığı var. Onlar kapitalın hərəkəti və ya rüsumlar üzrə heç bir məhdudiyyət olmadan Aİ dövlət sərhədləri vasitəsilə malların, xidmətlərin və kapitalın ticarəti və nəqlində sərbəstdirlər. Kapitalın hərəkəti və ya rüsumlar üzrə heç bir məhdudiyyət qoyulmur."The Four Freedoms" Aİ vətəndaşları yaşadıqları üzv dövlətdə müəyyən (çox vaxt yerli) seçkilərdə səs vermək və namizəd kimi iştirak etmək hüququna malikdilər. Eyni zamanda Aİ seçkilərində səs verir və Avropa Vətəndaş təşəbbüsündə (ECI) iştirak edirlər.

Aİ vətəndaşlığı, şəxsin vətəndaşlıq ölkəsi onun müdafiəyə və ya digər yardıma ehtiyac duyduğu xarici ölkədə səfirlik və ya konsulluq tərəfindən təmsil olunmadığı halda, digər Aİ Üzv Dövlətlərinin səfirliklərindən konsul müdafiəsi hüququ verir. Aİ vətəndaşlarının, qaldırılan məsələnin həmin qurumun səlahiyyətləri daxilində olması şərti ilə, Avropa Parlamentinə, Avropa Ombudsmanına və Aİ agentliklərinə, Aİ Müqavilərinin hər hansı dilində birbaşa müraciət etmək hüququ vardır.

Aİ vətəndaşları Aİ qanunvericiliyinin hüquqi müdafiəsinə, Aİ-nin Əsas Hüquqlar XartiyasıImpact of EU membership on equality and human rights və şəxsi məlumatların qorunması, cinayət qurbanlarının hüquqları, insan alverinin qarşısının alınması və onunla mübarizə ilə bağlı akt və direktivlər, bərabər əmək haqqı, həmçinin din və ya inanc, cinsi və ya yaşa görə işdə ayrı-seçkilikdən qorunmaq hüququna malikdir.Impact of EU membership on equality and human rights Aİ vətəndaşları Avropa Ombudsmanının ofisinə birbaşa müraciət edə bilərlər.Co nam daje obywatelstwo Unii Europejskiej – czyli korzyści płynące z obywatelstwa UE.

Tarixi thumbnail|200px|Avropa İttifaqının genişlənməsi. 1957–2020 Müasir Aİ vətəndaşlığı statusu qismən Avropa tarixinin minilliklərinə və Avropanın ümumi mədəni irsinə əsaslanır. Dəqiq müəyyən edilmiş hüquq və vəzifələrə malik Avropa vətəndaşlıq formasının tətbiqi hələ 1960-cı illərdə nəzərdən keçirilirdi, lakin Aİ vətəndaşlarının əsas hüquqlarının - hər şeydən əvvəl üzv dövlətlərin ərazisində yaşamaq və istənilən yerdə işləmək hüququ - 1952-ci ildə qüvvəyə minmiş Paris Müqaviləsində yer alan sərbəst hərəkət müddəalarına gedib çıxa bilər. Avropa İttifaqının vətəndaşlığı ilk dəfə Maastrixt müqaviləsi ilə təqdim edilmiş və Amsterdam müqaviləsi ilə uzadılmışdır.THE DANISH OPT-OUTS 1992-ci il Maastrixt sazişinə qədər Avropa Birliyinin müqavilələri iqtisadi fəal şəxslər üçün sərbəst hərəkət təminatlarını təmin edirdi. Avropa Kömür və Polad Birliyinin yaradılması ilə bağlı 1951-ci il Paris Müqaviləsi bu sənayelərdə işçilərin sərbəst hərəkəti hüququnu təsbit etdi və 1957-ci il Roma müqaviləsi işçilərin və xidmətlərin sərbəst hərəkətini təmin etdi. Bununla belə, yaranan Avropa şəxsi statusunun izlərinə Avropa vətəndaşlığının rəsmi qəbulundan xeyli əvvəl Avropada yaşayan əcnəbi vətəndaşların hüquq və vəzifələrini tənzimləyən hüquq sistemində rast gəlmək olar. Xüsusilə, ikinci dərəcəli Avropa qanunvericiliyinin və Avropa Məhkəməsinin presedent hüququnun qarşılıqlı əlaqəsi vasitəsilə bu, gələcək Avropa vətəndaşlığının əsasını qoydu və yeni yaradılmış Avropa İqtisadi Birliyi daxilində işçilərin sərbəst hərəkəti praktikasını formalaşdırmağa başladı.

Avropa vətəndaşlığının hüquqları Maastrixt sazişi ilə Avropa vətəndaşlığının rəsmi şəkildə müəyyən edilməsindən xeyli əvvəl Avropa Ədalət Məhkəməsi tərəfindən hazırlanmışdır.

Avropa Şəxsi Statusu ilə bağlı hüquqlar əvvəlcə müəyyən işçi kateqoriyaları üçün tanındı, sonra təqaüdçülərə, tələbələrə və nəhayət bütün vətəndaşlara şamil edildi. Tomas Humphrey Marşall tərəfindən təklif olunan sosial vətəndaşlıq modelinə uyğun olaraq, "Avropa Şəxsi statusu" və ya "Proto-Avropa vətəndaşlığı", Aİ-nın ilk illərində hərəkət azadlığı və təsisat azadlığı ilə bağlı sosial hüquqların tanınması yolu ilə qurulmuşdur, o zaman ki, ev sahibi dövlətdə işçilərin hüquqları hətta onların ailə üzvlərinin statusuna qədər genişləndi.

Aİ-ın presedent hüququna əsasən, işçilərin sərbəst hərəkəti hüquqları işçinin xaricdə işləmək məqsədindən və işçinin köçdüyü üzv dövlətdən əlavə maliyyə yardımı tələb edib-etməməsindən asılı olmayaraq tətbiq edilməlidir. Vətəndaşlıq azadlıq hüququndan fəal istifadəyə həvəsləndirir və imkan verir. Başqa bir Üzv Dövlətdə üç aydan çox qalmaq istəyən iqtisadi cəhətdən zəif Aİ vətəndaşları qəbul edən Üzv Dövlətin sosial yardım sistemi üçün “əsassız yük”ə çevrilməmək üçün kifayət qədər resurslara malik olmaqları vacibdir. Əks halda onları qanuni olaraq ölkədən çıxara billərlər.

Bəyan edilmiş hüquqlar Aİ vətəndaşlarının hüquqları Avropa İttifaqının fəaliyyəti haqqında müqavilədə və Əsas Hüquqlar xartiyasında sadalanır.

Tarixən Aİ dövlətinin vətəndaşı olmağın əsas faydası sərbəst hərəkət etmək olub. Sərbəst hərəkət həmçinin Avropa İqtisadi Bölgəsi ölkələri və İsveçrə vətəndaşlarına şamil edilir. Lakin Aİ vətəndaşlığının yaradılması ilə müəyyən siyasi hüquqlar meydana çıxdı.

Avropa İttifaqının Əsas Hüquqlar xartiyası Avropa İttifaqının Əsas Hüquqlar xartiyasının (CFR) qəbulu Aİ vətəndaşları və rezidentlər üçün konkret siyasi, sosial və iqtisadi hüquqları təsbit edir. CFR-in beşinci başlığı xüsusilə Aİ vətəndaşlarının hüquqlarına diqqət yetirir. Aİ vətəndaşlarının qorunan hüquqlarına aşağıdakılar daxildir:

Avropa Parlamentində seçkilərdə səs vermək və namizəd kimi iştirak etmək hüququ. Bələdiyyə seçkilərində səs vermək və namizəd kimi çıxış etmək hüququ. İdarəçilik hüququ. Sənədlərlə məşğul olmaq hüququ. Müraciət etmək hüququ. Hərəkət və yaşayış azadlığı. Diplomatik və konsul müdafiəsi.

Avropa İttifaqının fəaliyyəti haqqında müqavilə

Avropa İttifaqı müqavilələri vətəndaşların “Avropa Parlamentində İttifaq səviyyəsində birbaşa təmsil olunmasını” və “İttifaqın demokratik həyatında iştirakını” təmin edir (Avropa İttifaqı haqqında müqavilə, II başlıq, maddə 10). Xüsusilə, aşağıdakı hüquqlar:

Avropa hökumət sənədlərinə daxil olmaq: Aİ hökumətinin sənədlərinə, onların mühitindən asılı olmayaraq daxil olmaq hüququ (maddə 15) Vətəndaşlığa görə hər hansı ayrı-seçkilikdən azad olmaq: Müqavilənin tətbiqi çərçivəsində milli mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmamaq hüququ (maddə 18) Ayrı-seçkiliyə məruz qalmamaq hüququ: Aİ hökuməti cinsi, irqi və ya etnik mənsubiyyəti, din, əlillik, yaş və ya cinsi oriyentasiya əsasında ayrı-seçkiliyə qarşı mübarizə aparmaq üçün müvafiq tədbirlər görə bilər (maddə 19) Sərbəst hərəkət və yaşayış hüququ: İttifaq ərazisində sərbəst hərəkət etmək və yaşamaq hüququ və istənilən vəzifədə işləmək hüququ (o cümlədən, dövlət sektorunda ictimai qanunla verilmiş səlahiyyətlərin həyata keçirilməsini və dövlətin və ya yerli hakimiyyət orqanlarının ümumi mənafelərinin qorunmasını nəzərdə tutan vəzifələr istisna olmaqla (maddə 21) Avropa seçkilərində səsvermə hüququ: İstənilən Aİ üzv dövlətində Avropa Parlamentində səs vermək və seçkilərdə iştirak etmək hüququ (maddə 22) Bələdiyyə seçkilərində səsvermə və iştirak: öz ölkəsindən başqa Aİ üzv dövlətində həmin dövlətin vətəndaşları ilə eyni şərtlərlə yerli seçkilərdə səs vermək və seçilmək hüququ (maddə 22) Konsul müdafiəsi hüququ: Aİ-na üzv olmayan dövlətdə olarkən, vətəndaşın öz dövlətinin diplomatik və ya konsulluq orqanları yoxdursa, digər üzv dövlətlərin diplomatik və ya konsulluq orqanları tərəfindən müdafiə hüququ (maddə 23). Bu, bütün üzv dövlətlərin dünyanın hər bir ölkəsində səfirliklərinin olmaması ilə bağlıdır (bəzi ölkələrdə Aİ dövlətindən yalnız bir səfirlik var). Parlamentə və Ombudsmana müraciət: Avropa Parlamenti və hüquq orqanları istisna olmaqla, Avropa Birliyi qurumları tərəfindən zəif idarə olunması ilə bağlı istənilən halları diqqətə çatdırmaq üçün Avropa Ombudsmanına müraciət etmək hüququ (maddə 24) Dil hüquqları: Aİ qurumlarına rəsmi dillərdən birində müraciət etmək və həmin dildə cavab almaq hüququ (maddə 24).

Sərbəst hərəkət hüquqları Maddə 21. Hərəkət etmək və yaşamaq azadlığı

Avropa İttifaqının fəaliyyəti haqqında müqavilənin 21-ci maddəsinin 1-ci bəndində deyilir:İttifaqın hər bir vətəndaşı bu Müqavilə ilə müəyyən edilmiş məhdudiyyətlər və şərtlər və onun qüvvəyə minməsi üçün görülən tədbirlər əsasında Üzv Dövlətlərin ərazisində sərbəst hərəkət etmək və yaşamaq hüququna malikdir.

Avropa Ədalət Məhkəməsində qeyd edilib: Aİ vətəndaşlığı, üzv dövlətlərin vətəndaşlarının əsas statusu kimi müəyyən edilib. Avropa Ədalət Məhkəməsində qərara alınıb ki, bu maddə vətəndaşlara başqa üzv dövlətdə yaşamaq üçün birbaşa təsirli hüquq verir. Aİ vətəndaşı olan miqrantlar “məhdud dərəcədə maliyyə həmrəyliyi ilə bağlı qanuni gözləntiyə malikdirlər... onların qəbul edən cəmiyyətə inteqrasiya dərəcəsini nəzərə alaraq”. İnteqrasiya dərəcəsini nəzərdən keçirərkən vaxt müddəti xüsusilə vacib amildir.

Avropa Ədalət Məhkəməsinin vətəndaşlıq haqqında hüququ artan sayda milli qaydaların mütənasiblik qiymətləndirilməsinə tabe olmasına görə tənqid edilmişdir. Həmçinin, real həyatda üzləşdikləri müxtəlif maneələr səbəbindən İttifaq vətəndaşlarının müəyyən qrupları üçün sərbəst hərəkət hüququ tam olaraq mövcud deyil.

Maddə 45. İşləmək üçün hərəkət azadlığı

Avropa İttifaqı müqaviləsinin 45-ci maddəsində deyilir:

Birlik daxilində işçilərin hərəkət azadlığı təmin edilir. Bu cür hərəkət azadlığı məşğulluq, əmək haqqı və digər iş və məşğulluq şərtləri ilə bağlı üzv dövlətlərin işçiləri arasında vətəndaşlığa əsaslanan hər hansı ayrı-seçkiliyin ləğvinə səbəb olacaqdır.

Dövlət vəzifələrinə, məsələn hakim, polis, hərbçi, diplomat, yüksək vəzifəli dövlət qulluqçuları, ancaq ölkə vətəndaşları qəbul olunur.

Mövcud ikinci dərəcəli qanunvericiliyin və presedent hüququnun böyük hissəsi Aİ daxilində sərbəst hərəkət etmək və yaşamaq hüququna dair 2004/38/Aİ saylı Vətəndaş Hüquqları direktivində birləşdirmişdir. European Commission. "Right of Union citizens and their family members to move and reside freely within the territory of the Member States".

Məhdudiyyətləri Yeni üzv dövlətlər işçilər üçün hərəkət azadlığı üçün keçid rejimlərindən keçə bilər, bu rejimlər ərzində onların vətəndaşları yalnız digər üzv dövlətlərdə əmək bazarlarına məhdud girişdən istifadə edirlər. Avropa Azad Ticarət Assosiasiyası üzv dövlətlərə üzvlükdən sonra maksimum 7 il müddətinə yeni qoşulmuş ölkələrin vətəndaşlarına məhdudiyyətlər saxlamağa icazə verilir. AATA Üzv Dövlətlər (İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə) üçün maksimum müddət doqquz ildir.

2004-cü ildə üç "köhnə" üzv dövlət - İrlandiya, İsveç və Böyük Britaniya əmək bazarlarına məhdudiyyətsiz girişi təmin etmək qərarına gəldilər. 2009-cu ilin dekabr ayına kimi bütün üzv dövlətlər, ikisi - Avstriya və Almaniya istisna olmaqla, məhdudiyyətləri tamamilə aradan qaldırdılar. Bu məhdudiyyətlər 2011-ci il mayın 1-də başa çatdı.Free movement of labour in the EU 27".

2007-ci ildə genişlənmədən sonra, Finlandiya və İsveç istisna olmaqla, 2004-cü ildən əvvəl Aİ-nın bir hissəsi olan bütün Üzv dövlətlər Malta və Macarıstan kimi Bolqarıstan və Rumıniya vətəndaşları üçün məhdudiyyətlər tətbiq etdilər. Bu məhdudiyyətlər 2014-cü il yanvarın 1-də başa çatdı. Norveç əmək bazarını 2012-ci ilin iyununda açıldı, İsveçrə isə 2016-cı ilə qədər məhdudiyyətləri saxladı. 2013-cü ildə genişlənmədən sonra bəzi ölkələr Xorvatiya vətəndaşları üçün 2013-cü il iyulun 1-də Aİ-na daxil olduqdan sonra məhdudiyyətlər qoyub. 2021-ci ilin mart ayından etibarən bütün Aİ ölkələri bu məhdudiyyətləri tamamilə aradan qaldırıb.Austria to Extend Restrictions for Croatian Workers until 2020

Vətəndaşlığının əldə edilməsi