Xanlar Kazım oğlu Qurbanov (20 yanvar 1950, Bakı – 8 avqust 2020, Bakı) — SSRİ idman ustası, beynəlxalq dərəcəli güləş hakimi, alim, pedaqoq, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor. Azərbaycan Milli İdman Növləri Assosiasiyasının təsisçisi və prezidenti, Azərbaycan Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının vitse-prezidenti olmuşdur.

Həyatı və təhsili Xanlar Qurbanov 20 yanvar 1950-ci ildə Bakı şəhərinin Dağlı məhəlləsində anadan olmuşdur. O, Xızı - Bərmək mahalının qədim Xələnc kəndinin pəhləvan nəslindən gəlir.

1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna daxil olmuş, 1972-ci ildə oranı uğurla bitirmişdir.

Tələbəlik illərində sərbəst güləş üzrə respublika və beynəlxalq yarışlarda iştirak etmiş, mükafatlar qazanmışdır. 1970-ci ildə sərbəst güləş üzrə SSRİ idman ustası adına layiq görülmüşdür.

Elmi və pedaqoji fəaliyyəti 1972-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun güləş kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır.

1977-ci ildə “Güləşmə və onun metodikası” kafedrasının baş müəllimi olmuşdur. 1982-ci ildə Ümumittifaq dərəcəli hakim adına layiq görülmüşdür.

1986-cı ildə Moskva şəhərində Ümumittifaq Bədən Tərbiyəsi Elmi-Tədqiqat İnstitutunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi (pedaqoji elmlər üzrə fəlsəfə doktoru) elmi dərəcəsini almışdır.

1988-ci ildə Məşqçilik fakültəsinin dekan müavini, elə həmin ildə dosent vəzifəsinə təyin edilmişdir.

1989–2020-ci illərdə “Güləşmə və onun metodikası” (sonradan “İdmanın təkmübarizlik növləri”) kafedrasının müdiri olmuşdur.

200-dən artıq elmi məqalənin, dərsliklərin, dərs vəsaitlərinin və metodiki vəsaitlərin müəllifidir.

İctimai və təşkilati fəaliyyəti 1990–1995-ci illərdə Bakı Şəhər Sovetinin deputatı olmuş, ictimai-siyasi həyatda fəal iştirak etmişdir.

1990-cı ildən Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti kimi fəaliyyət göstərmişdir.

Azərbaycan Güləş Federasiyasının Sərbəst güləş və Yunan-Roma güləşi üzrə İcra Komitəsinin üzvü olmuşdur.

1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adına layiq görülmüşdür.

1995–2003-cü illərdə Azərbaycan qadın güləşi yığma komandasının baş məşqçisi vəzifəsində çalışmışdır.

1996-cı ildə Azərbaycan Olimpiya Akademiyasının vitse-prezidenti seçilmişdir.

Beynəlxalq fəaliyyəti Xanlar Qurbanov beynəlxalq idman ictimaiyyətində tanınmış mütəxəssis olmuşdur.

1995-ci ildə Türkiyənin İstanbul Tibb-Spor Universiteti tərəfindən “professor” fəxri adına layiq görülmüşdür.

1993-cü ildə Beynəlxalq Güləş Federasiyasının (FİLA) Elmi Komissiyasının üzvü olmuşdur.

2006-cı ildə FİLA-nın beynəlxalq dərəcəli hakimi, 2007-ci ildə isə Beynəlxalq Zorxana İdman Federasiyasının (BZİF) beynəlxalq dərəcəli hakimi olmuşdur.

2008-ci ildə BZİF-in Texniki Komissiyasının üzvü, elə həmin ildə Avropa Zorxana İman Federasiyasının (EZİF) vitse-prezidenti və texniki komissiyasının sədri seçilmişdir.

Təltif və mükafatları 1970 — SSRİ idman ustası 1982 — Ümumittifaq dərəcəli hakim 1991 — Azərbaycan Respublikasının Əməkdar məşqçisi 2001 — “Tərəqqi” medalı 2006 — Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi 2006 — FİLA-nın beynəlxalq dərəcəli hakimi 2007 — Beynəlxalq Zorxana İman Federasiyasının beynəlxalq dərəcəli hakimi “Azərbaycanın tanınmış alimləri” “XXI əsr Azərbaycan ziyalıları” diplomları (Vektor Beynəlxalq Elmi Mərkəzi tərəfindən)

Vəfatı Xanlar Qurbanov 8 avqust 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Ailəsi Oğlu Kazım Qurbanov — idman sahəsində fəaliyyət göstərən mütəxəssisdir.

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycan güləşçiləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar məşqçiləri Kateqoriya:1950-ci ildə doğulanlar Kateqoriya:2020-ci ildə vəfat edənlər Kateqoriya:Bakıda vəfat edənlər